Ana səhifə
14 Noyabr 2018

Şəmkirdə istixanaların quraşdırılması üçün sahibkarlara 100 min manat güzəştli kredit verilib

Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə verilən kreditin həcmi isə 472 min manat olub
 Azərbaycanda həyata keçirilən iqtisadi islahatldar sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkanlar yaradıb. Yeni istehsal və xidmət müəssisələri, o cümlədən yeni sənaye müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, əhalinin həyat səviyyəsi yüksəlib. Sahibkarlara verilən güzəştli kreditlərin  həcminin artması rayonların da iqtisadiyyatına müsbət təsir göstərir. Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən səkkiz ayı ərzində ölkə üzrə 3 960-dək sahibkara 139,4 mln. güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini bildirib. Güzəştli kreditlərdən Şəmkir sahibkarları da istifadə edib. Ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5374 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,5 milyon manat güzəştli kredit verilib ki, həmin vəsaitin bir hissəsindən Şəmkir rayonunda fəaliyyət göstərən sahibkarlar öz işlərini qurub. Ötən il də rayon sahibkarları güzəştli kreditlərdən istifadə ediblər. 200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, müasir istixanaların, intensiv nar və xırnik bağlarının və kartofçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbir çərçivəsində Şəmkir və ətraf rayonlardan olan 59 sahibkara 794,6 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük, arıçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrə yönəldilib. Bundan başqa, digər maliyyə mənbələri tərəfindən də sahibkarlara güzəştli kreditlər verilib. 2015-ci ilin 6 ayı ərzində rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 472,0 min manat məbləğində güzəştli kreditlər verilib. Sahibkarlara lizinq yolu ilə 61 baş damazlıq heyvan satılıb və hazırda onların sayı 123 başa çatdırılıbr. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 550 baş inək və düyə süni mayalandırılıb və 400 baş sağlam bala alınıb.
2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 1459 istehsalçıya 233142 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 247 nəfər məhsul istehsalçısına 198,9 min manat dəyərində 526,1 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 400 kq qarğıdalı toxumu ayrılıb. Rayonda soyuducu anbar kompleksinin yaradılması işləri davam etdirilir.

Şəmkir rayonunda istixananın quraşdırılması üçün sahibkarlara 100,0 min manat güzəştli  kredit verilib. Bu göstərir ki, Şəmkirdə istixana təsərrüfatına maraq ilbəil artır. Buna səbəb fermərlərin bu istiqamət üzrə daha çox gəlir əldə etməlidir. Ötən illə müqayisədə məhsulun Rusiya bazarlarına maneəsiz çatdırılması və münasib qiymətə satılması təsərrüfat sahiblərinin üzünü güldürən amillərdəndir. Qeyd edək ki, aqrar sektorun ən gəlirli sahələrindən biri örtülü torpaq və ya istixana tərəvəzçiliyidir. 2014-2018-ci illədə Azərbaycan Respublikasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istixana tərəvəzçiliyinin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülüb. Xüsusilə də, müasir texnologiyalarla yaradılan istixanaların sayı ilbəil artır. Son məlumatlara əsasən rayonda mövcud olan istixanaların sayı 10000-dən çoxdur və bunlar da 1500 hektardan çox ərazini əhatə edir. Statistika göstərir ki, rayon əhalisinin 60 faizdən çoxu istixana təsərrüfatlarında işləyir. 
Rayonun kənd təsərrüfatı ümumi daxil məhsulda 74 faiz təşkil edir ki, bunun da 40 faizi istixanaların payına düşür. Ərzaq proqramında sabitliyin formalaşmasında istixana tərəvəzçiliyi xüsusi əhəmiyyət daşıyır və ilin bütün fəsillərində bu təsərrüfatlarda məhsul yetişir.
Artıq digər rayonların sahibkarları da şəmkirli sahibkarların təcrübəsindən faydlanır. Bu ilin fevralında İsmayıllı sahibkarlarından bir qrupunun Şəmkir rayonunda istixana fəaliyyəti ilə məşğul olan təsərrüfatlara təcrübə mübadiləsi ilə əlaqədar işgüzar səfəri təşkil edilib. İstixanalara səfər çərçivəsində ilk görüşümüz “Vətən” Az. MMC-yə məxsus təsərrüfatdan başlayıb. Bu təsərrüfatın rəhbəri, sahibkar Azər Əmiraslanov qeyd edib ki, 4,2 ha. sahədə pomidor və 10 hektar sahədə çiyələk yetişdirməklə məşğuldur və gələcəkdə bu sahələrimi artıraraq 30 hektara çatdıracaq. «Pomidor istixanalarında əsasən Ralli sortundan istifadə edirik, bu sort çox məhsuldardır. Hər hektarda qida sahəsinə görə 25 min ədəd bitki yetişdiririk. Hər bitki orta hesabla 4-5 kiloqram əmtəəlik məhsul verir və beləliklə, hektardan orta hesabla 90-100 ton və daha çox məhsul alınır.
İstixana müasir tələbata cavab verən isitmə sistemi və becərmədə tətbiq edilən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz edilib». Sahibkar bildirib ki,bir hektar sahədə müasir istixananın qurulmasına orta hesabla 50-60 min manat vəsait sərf olunur. «İl ərzində məhsul istehsalına (işçilərin əmək haqqı əkin materialının hazırlanması, enerji xərcləri, üzvi və mineral gübrələrə və sair) sərf olunan xərclər orta hesabla 20-22 min manat təşkil edir. Bir hektar istixanadan 100 ton məhsul götürülərsə və orta hesabla hər kiloqramı bir manata satılarsa 100 min manat vəsait əldə edilə bilər». Bundan belə nəticə çıxır ki, parnik təsərrüfatı bir ildə çəkilən xərclərin tam ödəyir və 10 min manata qədər xalis gəlir əldə edilir. Növbəti illərdə isə ümumi istehsaldan gələn gəlirin 70 faizi xalis gəlir kimi əldə olunur. Həmin müəssisə tərəvəzçilikdən əlavə çiyələk istehsalı ilə də məşğul olur. Sahibkar bildirib ki, təsərrüfatda çiyələyin kristal, panaroz və digər sortları əkilib becərilir. Çiyələk sahələri bir dəfə əkilmək şərti ilə 3-5 il müddətində istifadə olunur. Hər hektarda 60 min ədəd bitki yetişdirilir və bir bitki qulluq şəraitindən asılı olaraq orta hesabla 0,5-0,7 kiloqram məhsul verə bilir.
Sahibkar bildirib ki,daha yüksək məhsul əldə etmək üçün hər il yeni bitkilər əkilsin. Çiyələk bitkiləri hər hektardan 35-40 ton məhsul verə bilirlər. Onun sözlərinə görə, iİstehsal edilən məhsulun ilin fəsillərindən asılı olmayaraq hər kiloqramı 60 qəpik bir manat civarında satılır və hər hektardan 20 min manata qədər ümumi gəlir və 7-8 min manat isə xalis gəlir götürmək olur.
(ardı var)

Tarix
17 Sentyabr 2015 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin