Ana səhifə
22 Sentyabr 2018

Samuxda 6 ayı ərzində 308 yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb

Ümumi məhsul buraxılışını həcmində qeyri dövlət sektorunun payı 82,4 faiz təşkil edir

Sahibkakrların öz fəaliyyət sahəsini genişləndirmək üçün onlara göstərilən maliyyə dəstəyinin böyük əhəmiyyəti var. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara güzəştli kreditlər verməklə öz dəstəyini göstərir. Bu kreditlərdən Samux rayon sahibkarları da faydalanır. Onlar rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar. Bu ilin 6 ayı ərzində 308 yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb ki, onlardan da 3-ü hüquqi şəxslərdir. Hazırda  ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 82,4 faiz təşkil edir. Gələcəkdə qeyri dövlət sektorunun payı daha da artacaq. Bu istiqamətdə sahibkarlara verilən güzəştli kreditlərin həcmi də hər il artır. Samux rayonunun Qovlarsarı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumun keçirilməsi də bu məqsədə xidmət edir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Samuxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir. 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer, istixana və intensiv üzümçülük təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin, “yaşıl market” və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 422 sahibkara 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4948 investisiya layihəsinin maliyyələşdirilməsinə 170,9 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 23 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Samux və ətraf rayonlardan olan 50 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, üzümçülük, çorək və mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Forum çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış ildə 1,6 min ton quş əti istehsal etmək gücündə olan müasir quşçuluq fabrikinə baxış keçirilib. Bu fabrikin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə son illər respublikanın regionlarında və Bakı şəhərinin qəsəbələrində illik istehsal gücü 56,7 min ton quş əti, 95 milyon ədəd damazlıq və 183,1 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 110 milyon manata yaxın güzəştli kreditlər verilib. Artıq illik istehsal gücü 37.9 min ton quş əti, 69 milyon ədəd damazlıq və 154.9 milyon ədəd əmtəəlik yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, quş əti və yumurta istehsalının artımına nail olunub.
Qeyd edək ki, Samux rayonunda müxtəlif mənbələrdən də sahibkarlara kreditlərp verilib. Rayonunda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 50,0 min manat məbləğində güzəştli kreditlər verilib. Bundan başqa, sahibkarlara lizinq yolu ilə 1489 baş damazlıq heyvan satılıb. Bu ilin 6 ay ərzində Sarıqamış kəndi ərazisində 2500 başlıq iri biynuzlu malqara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksində işlər  davam etdirilib. Hazırda kompleksdə  saxlanılan iribuynuzlu cins mal-qaranın baş sayı 2000-ə çatdırılıb və 700 baş bala alınıb. Gün ərzində 5 000 litr süd istehsal olunur. Görülən işlərin nəticəsidir ki, 2015-ci  ilin  01 iyul    tarixinə iri  buynuzlu  mal-qaranın  sayı 20867 baş  olub. Bundan  ana inək və camışların  sayı  10155 baş təşkil edib. Qoyun və keçilərin  sayı 166109 başa çatıbr. Hesabat dövründə 2616 ton diri  çəkidə  ət, 8392 ton süd  istehsal  olunub.
 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə isə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 885 istehsalçıya 94552 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 132 nəfər məhsul istehsalçısına 73,6 min manat dəyərində 234,6 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 3 özəl və 1 dövlət toxumçuluq təsərrüfatlarına güzəştli şərtlərlə 400 kq qarğıdalı, 8 kq pomidor, 150 kq yonca, 8 kq kələm, 8 kq xiyar, 10 kq soğan, 30 ton pomidor toxumu ayrılıb. Samux rayonunda, iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün dövlət mülkiyyətində olan torpaqların müəyyən edilməsi və yerli imkanların araşdırlması istiqamətində tədbirlərin görülməsi davam edir. Bununla bərabər rayonda sahibkarlar tərəfindən faraş tərəvəz məhsulları yetişdirilməsi üçün bir neçə istixanalar qurulub, 40 hektar yeni üzüm bağı, 5 hektardan çox meyvə bağı salınıb. 2015-ci  ilin  01 iyul  tarixinə  8 583 ha sahədə taxıl biçini aparılaraq 27 757 ton məhsul yığılmışdır ki, məhsuldarlıq orta hesabla 32,3 sentner təşkil edibr. Bundan
4 101 ha buğda səhəsindən 13 384 ton, 4482 ha arpa sahəsindən 14373 ton məhsul əldə edilib.
“Aqrolizinq” ASC-nin 42 ədəd, o cümlədən 9 ədəd taxılyığan kombayn, 8 ədəd traktor və 25 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları ilə təchiz olunub. Samux rayon aqroservis filialı kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 307 ədəd, o cümlədən 4 ədəd taxılyığan kombayn, 125 ədəd traktor və 168 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.
Qeyd edək ki, buğda istehsalının stimullaşdırılmasına  dair müvafiq  qərarına əsasən 885 nəfər buğda istehsalçısına 94552 manat məbləğində yardım  Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilib.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2015-ci  il tarixli  Sərəncamı bunun əyani sübutudur. Həmin sərəncama əsasən 2015-cü ildə rayonun ən çox ehtiyac duyulan ərazilərində 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. 6 ay ərzində  bununla bağlı yerlərin müəyyən edilməsi və texniki şərtlərin hazırlanması işləri aparılıb və hazırda 7 ədəd subartezian quyusunun qazılması başa çatdırılıb. Digər 4 quyunun qazılmaısı davam etdirilir. Bununla bərabər rayonda suvarmanın səmərəli təşkili məqsədi ilə 6 ay  ərzində 185 ədəd nasos, 39  ədəd elektrik avadanlıqları təmir edilib. Suvarmaya  xidmət  göstərən subartezian quyularının  işlək  vəziyyətdə  saxlanılması istiqamətində müvafiq işlərin görülməsinə baxmayaraq, burada gecikmə hallarına da yol verilib. Kanallarda  285  min m3  lildən təmizləmə, 63 min m3  sahilbərkitmə işləri görülüb. Kanallarda 29 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrotexniki postlar təmir edilib,  kanalların kol-koslardan təmizləmə işləri aparılıb. Gəncə, Qoşqar və Qabırrı çaylarında selin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülüb. Bununla bərabər rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar  qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ  suvarma suyuna ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi bu cür yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir
Qeyd edək ki, rayonda görülən tədbirlər digər sahələrdə də öz nəticəsini göstərib 2015-ci ilin  birinci  yarısının  yekunlarının əsas iqtisadi göstəricilərinin  təhlili bunu deməyə əsas verir.
İlin əvvəlindən 47 milyon 468,7 min  manatlıq və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox məhsul istehsal edilib və xidmətlər göstərilib. Nəqliyyat müəssisəsi 1288,8 min manatlıq və ya 4,8 faiz çox, rabitə müəssisələri 323,6 min manatlıq və ya 4,8 faiz çox xidmətlər göstərib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiya 9,0 faiz artaraq 3 milyon  59 min manat təşkil edib. Tikinti- quraşdırma işlərinə qoyulan investisiyanın həcmi 2 milyon  820 min manat və ya 13,1 faiz çox olub.
Pərakəndə ticarət şəbəkəsində əhaliyə 40 milyon 466,6 min manatlıq və ya 9,0  faiz çox istehlak malları satılıb. Əhaliyə 11 milyon 357,6 min manatlıq pullu xidmət göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən  48,6 faiz çoxdur. 
Əhalinin məşğulluğu yenə də diqqət mərkəzində saxlanılıb və sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hesabat dövründə 421-i daimi olmaqla 476  yeni iş yeri yaradılıb. Yaradılmış yeni iş yerlərindən 211-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 81 layihə üzrə verdiyi 1066,0 min manat güzəştli kreditin hesabınadır.
 

Tarix
16 Sentyabr 2015 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin