Ana səhifə
25 Sentyabr 2018

Azərbaycanın Ekvadorda ilk səfiri etimadnaməsini təqdim edib

2014-cü ilin oktyabrın 23-də Azərbaycan Respublikasının Ekvador Respublikasında səfiri Elnur Sultanov etimadnaməsini Ekvador Respublikasının prezidenti vəzifəsini icra edən Xorxe Qlasa təqdim etmişdir

 

Ucnoqta.az XİN-nin saytına istinadən xəbər verir ki, Səfir Elnur Sultanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Ekvadorun prezidenti Rafael Korreaya çatdıraraq, Azərbaycanın Ekvadorda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirmişdir.

Xorxe Qlasa Ekvadorun prezidenti Rafael Korreanın prezident İlham Əliyevə səmimi və xoş salamlarının çatdırılmasını xahiş edərək ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir.

Ekvadora səfəri çərçivəsində səfir Elnur Sultanov iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə Ekvadorun Xarici işlər naziri vəzifəsini icra edən Leonardo Arizaga, Bərpa olunmayan təbii resurslar naziri Pedro Merizalde, Xarici ticarət nazirinin müavini Roberto Betankur və digər rəsmilərlə görüşlər keçirmişdir.

Bundan əlavə, səfir Elnur Sultanov qərargahı paytaxt Kitoda yerləşən Cənubi Amerika Millətlərin İttifaqının (UNASUR) baş katibi Ernesto Samper ilə görüş keçirmişdir.

 

Tarix
28 Oktyabr 2014 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin