Ana səhifə
13 Noyabr 2018

Facebookdan daha bir yenilik

Facebook sosial şəbəkə istifadəçilərini daha bir yeniliklə sevindirəcək. Bu barədə Facebookun yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, yeni "dislike" (bəyəmirəm) düyməsinin hazırlanması üçün işlər gedir. Bir müddət əvvəl isə Facebook rəhbərliyi bu düymənin yaradılmasından imtina edirdilər. Çünki 1.5 milyard iştifadəçi pozitiv emosiyalarla şəbəkəyə bağlı idilər. Sosial şəbəkə istifadəçiləri dəfələrlə şirkətə müraciət edərək "dislike" düyməsinin yaradılmasını xahiş etmişdilər. Şirkət rəhəbərliyi çoxsaylı xahişləri nəzərə alaraq Facebookda bu düyməni işə salmağa qərar veriblər. 

Zukenberq bu düymənin yaradılmasını digər bir səbəbinin son dövrlərin ən böyük problemlərindən biri olan miqrantlarla bağlayıb. Kimsə qaçqınların vəziyyətinə etiraz edir və ya onların vəziyyətinə acıyırsa, o zaman bu düymədən istifadə edə biləcək.

İstifadəçilər “like” düyməsi ilə xoş münasibətlərini bildirə bilirdisə yeni yaradılacaq “dislike” düyməsi vasitəsi ilə etiraz hissini bildirə biləcək.

Amma düymə hələlik kütləvi şəkildə istifadə edilməyəcək. Bir müddət sınaq layihə kimi nəzərdən keçirildikdən sonra tamamilə istifadəçilərin öhdəsinə buraxılacaq.

Tarix
16 Sentyabr 2015 [12:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin