Ana səhifə
21 Noyabr 2018

"Doğuşla birgə "Dnepr"lə oyunda "Qarabağ"ı dəstəkləyəcəyik" - Xoşqədəm Hidayətqızı

Ucnoqta.az” xəbər verir ki, Azərbaycan teleməkanının ən reytinqli verilişlərindən olan və ATV telekanalında yayımlanan məşhur “Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı sportpress.az-a açıqlamasında futbol üzrə Azərbaycan çempionu “Qarabağ” komandasına azarkeşlik etdiyini və klubun uğurlarına sevindiyini bildirib:

 

 

“Qarabağ” hər bir qələbəsiylə Azərbaycanı sevindirir. Bu klubun ilk illərindən komandanın yanında olmuşam və ona görə neçə inkişaf yolu keçdiyini gözəl bilirəm. Bu gün “Qarabağ”ın uğurları bütün dünyaya məlumdur. Ölkəmiz komandamızın nəticələriylə fəxr edir. Mən istərdim “Qarabağ”ın belə yüksək səviyyəyə çatmasında əməyi olan klubun rəhbərliyinə təşəkkürümü bildirim. Onlar çətin vaxtlarda da komandanın yanında olmaqla onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək oldular. “Qarabağ”ı dünyaya tanıtdıqları üçün onlara minnətdaram. Klubun şərəfini qoruyan futbolçular və orada çalışan məşqçilərə növbəti oyunlarda uğurlar arzulayıram. “Qarabağ”la fəxr edirəm. İnanıram ki, qələbələrimiz çox olacaq”.

 

Məşhur aparıcı həyat yoldaşı türk müğənnisi Doğuşla birlikdə noyabrın 6-da Avroliqanın qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Dnepr” matçında Azərbaycan çempionuna dəstək olmağa çalışacağını bildirib: “İşlə əlaqədar səfərdə olmasaq, mütləq “Qarabağ”ın oyununda iştirak edəcəyik. Doğuş da mənimlə birgə olacaq. Əslində, biz “Zalsburq”la ev oyununu izləməyi planlaşdırırdıq. Sadəcə, səfərə çıxmalı olduğumuzdan alınmadı. Bu dəfə Bakıda olsaq, stadionda komandamıza dəstək olacağıq”.

Tarix
27 Oktyabr 2014 [23:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin