Ana səhifə
20 Sentyabr 2018

Qazaxda bu ilin birinci yarısında 9 yeni müəssisə yaradılıb

Qazax sement zavodunun 2017-ci ilə qədər istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması planlaşdırılır

Azərbaycanda böyük strateji layihələrin həyata keçirilməsi ölkəmizi güclü iqtisadiyyata sahib dövlətə çevirib. Bu gün Azərbaycan regionun və dünyanın dinamik inkişaf edən ölkələrindən biridir. Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda onun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlar rayonların iqtisadi göstəricilərində də özünü göstərir. Həmin rayonlardan biri də Qazax rayonudur. 2015-ci ilin birinci yarısında yerli daxilolmalar üzrə proqnoza 110,2 faiz əməl olunub, büdcəyə 314 min 782 manat çox vəsait daxil olub. Rayonda sahibkarlığın inkişafına böyük diqqət göstərilib. Sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılıb. Əhaliyə 13 milyon 96 min 29 manat  kredit verilib, əhalidən 2 milyon 115 min 430 manat əmanət cəlb olunub., SKMF tərəfindən vətəndaşlara 766 min manat kredit verilib. Əlbəttə, sahibkarlara siyasi dəstək çox vacibdir. Bəzi hallarda, xüsusilə, sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülüb. Bu tədbirlər mütəmadi qaydada görülür, əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulur. 2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyaların və ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox olmuşdur.  Adambaşına düşən ümumi məhsulun həcmi 632 manat, orta aylıq əmək haqqı isə 265 manat təşkil edibr. Birinci yarımildə 9 yeni müəssisə yaradılıb, 240-ı daimi olmaqla 470 yeni iş yeri açılıb. 
Hazırda rayonda Qazax sement zavodu kimi iri müəssisə fəaliyyət göstərir. İllikk istehsal gücü 1 milyon ton olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri başa çatıb, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. Azərbaycanda belə müasir müəssisəninn tikilməsi ölkə iqtisadiyyatını gücləndirib və burada tətbiq edilən texnologiyalar yüksək standartlara cavab verir. İstehsal olunan sement də yüksək keyfiyyətlidir. Bu sement zavodunun fəaliyyəti nəticəsində ölkəmizin idxaldan asılılığı azalıb. Yerli istehsalın yaranması iqtisadi sahədəki siyasətimizin əsas istiqamətlərindən biridir. Yəni, zavodun tikilməsi doğrudan da böyük hadisədir. Tikintisinə 225 milyon manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunub. Qazax Sement Zavodu Azərbaycanın iri sement istehsalçılarından biridir və hazırki istehsal gücü ildə 1 milyon ton sementdir. 2017-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması planlaşdırılır. Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal edir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və regionlarda Logistika Mərkəzləri təşkil edilib. Qeyd edək ki, bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. 
Qazax rayonunda fəaliyyət göstərən iri müəssisələrdən biri də Qazax konserv zavodudur. Qazax Konserv  zavoduna 2014-cü ildə tikintisi başlanılmış yeni kartof anbarında işlər tamamlanıb. İllik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilib. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradır. Hazırda zavodda on növ meyvə 18 dərəcədə dondurulur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuş, ikinci mərhələd isə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınıb. Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təqdim etməyə imkan verir. İstehsal xəttinin üstünlüyü ondan ibarətdir ki, mənfi 40-45 dərəcə temperaturda ani donma zamanı meyvələrin tərkində yaranan buz kristalları çox kiçik ölçüdə olduğundan hüceyrə divarı partlamır və bu səbəbdən meyvələrin buzu əridiyi zaman adi donmadan fərqli olaraq, şirəsi axmadan formasını və dadını tam təbii, olduğu kimi saxlayır. Qeyd edək ki, "Azərsun Holdinq"in müəssisələrindən biri olan Qazax Konserv Zavodunda yeni kartof məhsulların istehsal xətti  istifadəyə verilib. Zavodda cipsi, donmuş kartof, fast-foodlar üçün frenç-frayz istehsal ediliəcək. Yüksək istehsal potensialına malik, Avstraliya istehsalı olan son dərəcə müasir avadanlıqlar vasitəsilə kartofun yuyulması, soyulması dilimlənməsi və qızardılması prosesləri tam əhatə olunur. İnsan əli dəymədən aparılan bu proseslər yüksək keyfiyyətli istehsalın təminatçısıdır. Zavod xammalı əsasən yerli əkinçilərdən təmin edilir. Bu da bölgədəki fermerlərin gəlirlərinin artmasına və kartofçuluğun inkişafına mühüm töhfə olur. Qeyd edək ki, "Azərsun Holdinq" həmçinin kartofçuluq üzrə ixtisaslaşmış bölgələrdə yüksək keyfiyyətli və məhsuldar kartof növlərinin becərilməsi üçün geniş maarifləndirmə işləri aparır.
2015-ci ilin 6 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bir sıra işlər görülüb, məhsul istehsalçılarına yanacaq və motor  yağlarına görə dövlət vəsaiti hesabına 640 min 420 manat yardım hesablanaraq sənədlər yardım komissiyasına verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə rayonda heyvandarlıq sahəsinə 48,0 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Sahibkarlara lizinq yolu ilə 75 baş damazlıq heyvan satılıb. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 180 baş inək və düyə süni mayalandırılmış və 200 baş sağlam bala alınıb. Heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 343 ton, ət istehsalı 164 ton və yumurta istehsalı 146 min ədəd çox olub.
2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 1879 istehsalçıya 153324 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə rayonun 17 nəfər məhsul istehsalçısına 9,8 min manat dəyərində 19,7 ton güzəştli şərtlərlə mineral gübrə satılıb.Rayonda 6 min 67 ha sahənin taxılı optimal müdətdə yığılıb, məhsuldarlıq 30,2 sentnerə çatdırılıb.  Bu ilin məhsulu üçün 687 ha  yonca, 327 ha kartof, 295 ha qarğıdalı, 689 ha tərəvəz, 516 ha yazlıq dənlilər, 48 ha texniki bitkilər və 30 ha bostan əkilib. Həmin sahələrdən yüksək məhsul yığılıb. 

Rayon üzrə üzümlüklərin əkin sahəsi müvafiq olaraq 363 hektara çatdırılıbş, 63 hektar sahədə yeni üzümlüklər salınıb. Qazax rayon aqroservis filialı 40 ədəd, o cümlədən 10 ədəd taxılyığan kombayn, 8 ədəd traktor və 22 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 139 ədəd, o cümlədən 7 ədəd taxılyığan kombayn, 18 ədəd traktor, 1 ədəd ekskavator və 65 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. Bu da məhsulun vaxtında itkisiz yığılmasına imkan verib.

Tarix
15 Sentyabr 2015 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin