Ana səhifə
15 Noyabr 2018

İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Yeniləndi

Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü başlayıb.

 

 

Ucnoqta.az”ın APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.

 

Qeyd edək ki, bu görüşdən əvvəl Fransa prezidenti Fransua Ollandın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri olub.

 

Bu gün Bakı vaxtı ilə saat 22:00-da isə üç ölkənin prezidentlərinin birgə görüşü baş tutacaq.

 

İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

 

***

 

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin  mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.

 

Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.

Tarix
27 Oktyabr 2014 [20:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin