Ana səhifə
23 Sentyabr 2018

Prezidentdən həmkarına məktub

Ucnoqta.azPrezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev həmkarı Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib. 

 

Məktubda deyilir:

 

Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

 

Tarix
27 Oktyabr 2014 [18:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin