Bakı şəhərinə girişlərdə ödənişsiz dayanacaqlar tikilib

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC şimal və cənub istiqamətlərindən paytaxta gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 15-ci kilometrliyində ödənişsiz dayanacaqların təşkili məqsədilə tikinti işləri aparıb. “Azəryolservis” ASC-dən bildirilib ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədilə 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib.

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolundakı duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib. Burada avtobusların dayanması üçün tikilən “ciblər"də 130 paqonmetr səki daşı da düzülüb.
Bundan başqa, Lökbatan dairəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönməsi üçün ayrıcı zolaqdan yol verilib. Piyadaların rahat və təhlükəsiz şəkildə avtomobil yolunu keçməsini təmin etmək məqsədilə isə yeni piyada zolağı çəkilib və əraziyə lazımi yol nişanları quraşdırılıb.
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə “Azəryolservis” tərəfindən xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bundan başqa, Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib.

 

Fidan

Tarix
15 Sentyabr [01:14]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub

Unikal "Lamborghini" traktoru hərraca çıxarılacaq - FOTO

Traktorun ilkin satış qiyməti təqribən 26 min avrodan başlayacaq

"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir

Liberty Media səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır

"Uber" "pilotsuz taksi"nin yaradılmasına dair müqavilə bağlayıb

Pilotsuz avtomobillər xidmətin işini irəli aparacaq

Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - REPORTAJ

Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir

"Volkswagen" satış həcminə görə dünya lideri olub

Almaniya konserni əvvəlki lider Toyotanı qabaqlayıb

Maşın bazarında alqı-satqı əməliyyatları azaldı - QİYMƏTLƏR ARTIB

"İdxal olunan yeni avtomobillərin qiyməti artacaq"

Yeni “Ford Trucks” seriyası ilə “Hər yükdə birlikdə” – FOTOLAR

“Ford Trucks”un yeni istehsal etdiyi yük avtomobili Bakıda təqdim edildi

Gömrük sərhədindən keçirilən avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib

Avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır

“Avtovağzal”a gedənlərə şad xəbər

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.