Ana səhifə
25 Sentyabr 2018

Gələn il Azərbaycanın ÜDM-i 3,5 faiz artacaq

Ucnoqta.azxəbər verir ki, Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 4 faiz, 2015-ci ildə isə 3,5 faiz səviyyəsində proqnozlaşdırılır. Bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) müşaviri Raca Almarzoqi Azərbaycana səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı Rusiya ilə məhdud iqtisadi əlaqələr şəraitində regional proseslərə davamlılıq nümayiş etdirib: "Ölkə ÜDM-nin artımının ilin sonunadək 4 faiz, gələn il isə 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırırıq. Neft hasilatı azalacaq, həmçinin ehtiyatlı büdcə-vergi siyasətinin və makroprudensial tədbirlərin aparılması nəticəsində qeyri-neft sahəsində artımın yavaşıması gözlənilir. İnflyasiyanın səviyyəsinin 3 faiz olacağı gözlənilir".


Əfsun

Tarix
27 Oktyabr 2014 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin