Ana səhifə
20 Fevral 2018

"Fanfon" Yaponiyanı vurdu

Yaponiyada laos dilindən tərcümədə “vəhşi” mənasını verən “Fanfon” tufanı tüğyan edir. Yerli mətbuatın yazdığına görə, ötən gecə ada dövlətin cənubuna çatan təbii fəlakət Kyuşu adasında 22 mindən çox evin elektrik enerjisiz qalmasına səbəb olub. 
Ucnoqta.az AzərTac-a istinadən xəbər verir ki, bir nəfərin zərər çəkdiyi, daha birinin isə itkin düşdüyü bildirlir. Tufan beş aviareysin təxirə salınmasına səbəb olub, dəmir yolu isə fasilələrlə işləyir. Yeddi prefekturada qasırğa xəbərdarlığı elan olunub.

Küləyin sürəti mərkəzdə saniyədə 65 metrə, kənarlarda isə 45 metrə çatır. Siklonun keçdiyi rayonlarda dəniz dalğalarının hündürlüyü 12 metrə çatır. Hazırda “Fanfon” şimal-şərq istiqamətində hərəkət edir və sinoptiklərin məlumatına görə axşam Yaponiyanın mərkəzi hissəsinə çatacaq.

“Fanfon” tufanı cari mövsümdə Sakit okeanda yaranan 18-ci tropik qasırğadır. Yaponiya Meteorologiya İdarəsi dağlıq rayonlarda daşqınlar və torpaq sürüşmələri barədə xəbərdarlıq edərək, ölkənin cənub rayonlarının sakinlərini kəskin ehtiyac olmadan evdən çıxmamağa çağırıb.

 

Tarix
5 Oktyabr 2014 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ