Ana səhifə
13 Noyabr 2018

“Shagman”la “VAZ-21 07” toqquşdu- 3 yaralı

Ucar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
 

 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 16.00 radələrində Ucar-Zərdab əsas magistral yolunun 3-cü kilometrliyində, Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

“Shagman”  markalı yük maşını ilə “VAZ-21 07” markalı minik maşının toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlar “VAZ-21 07”-nin sürücüsü Goranboy rayon sakini, 1968-ci il təvəllüdlü  Abdullayev Arzu Xudafər oğlu, onun həmyerliləri 1991-ci il təvəllüdlü Orucov Şirin Novruz Oğlu və 1974-cü il təvəllüdlü  Zalov İlqar Nəriman oğludur. Hadisənin baş vermə səbəbi Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

 

Tarix
27 Oktyabr 2014 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin