Ana səhifə
23 Sentyabr 2018

Müsavatın Məclisi qurultayından nazı qalanları tənqid etdi

Səxavət Əlisoy: “Onlar bu şikayətə cavab versinlər, sonra bəyanat haqqında danışarlar”

Müsavat Partiyasının Məclisi 27 sentyabr 2014-cü il tarixdə keçirilən qurultayla bağlı bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, Azərbaycan tarixində ilk dəfə partiya nəzamnaməsində nəzərdə tutulan bir nəfərin ardıcıl iki dəfədən artiq partiya başqanın seçilməsini yasaqlayan müddəa tətbiq olundu. “Əvvəlki başqan İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürmədi. Həm Müsavat partiyasının, həm də Azərbaycanin siyasət tarixində ilk dəfə partiyanın rəhbər strukturlarına alternativ əsaslarla, seçki kampaniyaları təşkil olunmaqla, bərabərhüquqlu rəqabət şəraitində azad və ədalətli seçkilər keçirildi. Təsadüfi deyil ki, Müsavat partiyasının 8-ci qurultayı uzun müddət Azərbaycan ictimaiyyətinin tam diqqət mərkəzində oldu. Bu, Azərbaycan tarixində keçirilən ilk seçkidir ki, səslərin hesablanması bilavasitə canlı yayımla internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış Seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib. Müsavat Partiyasının Qurultayının qərarı Müsavat Partiyası üzvlərinin iradəsinin ifadəsi deməkdir".
Bəyanatda qurultayda keçirilən səsvermənin nəticələrinə etiraz edənlər də tənqid olunub: "Lakin səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri,eyni zamanda bəzi kənar qüvvələr Qurultayda hər hansı pozuntular barədə faktlar ortaya qoya bilməsələr də, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddilar irəli sürür, Qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan Qurultayın qərarlarına sayğısızlıq və partiya üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin Qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıyıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır".

Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy Məclisinin bəyanatını önəmsiz sayıb. O, bildirin ki, partiya saxtakarlıqlar barədə şikayəti araşdırmalıdır. “Onlar bu şikayətə cavab versinlər, sonra bəyanat haqqında danışarlar”,-deyə Səxavət Əlisoy bildirib.


Tahirə

Tarix
27 Oktyabr 2014 [20:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin