Ana səhifə
21 Sentyabr 2018

Beynəlxalq Valyuta Fondu missiyası Bakıya gəlir

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycanın maliyyə sektorunun ikinci qiymətləndirilməsinə hazırlıq üçün noyabrın 24-də Bakıya gəlir.

 

Ucnoqta.az xəbər verir ki, trend-in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentin (MCD) müşaviri Raca Almarzoqi Azərbaycana səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.

Birinci qiymətləndirmə 2003-cü ildə keçirilmişdi.

Onun sözlərinə görə, ikinci qiymətləndirmə gələn il mart ayında başlayacaq və həmin il iyunun əvvəlində tamamlanacaq.

R.Almarzoqi qeyd edib ki, qiymətləndirmə prosesində ölkədə bütün maliyyə əməliyyatları əhatə olunacaq: "Azərbaycan hökuməti ilə məsləhətləşmələr üçün 2015-ci ilin iyununda Bakıya missiya gələcək. Missiyanın məqsədi "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsi çərçivəsində illik iqtisadi icmalı aparmaqdır".

 

Tarix
27 Oktyabr 2014 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin