Ana səhifə
23 Sentyabr 2018

Sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb

Gədəbəydə dövlət dəstəyilə özəl sektor inkişaf edir

Sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb. Dövlət dəstəyi nəticəsində özəl sektor yüksək inkişaf edir. Əlverişli investisiya mühiti sahibkarlıq təsərrüfatlarına güzəştli kreditlərin həcmini artırıb. Bunun nəticəsidir ki, digər rayonlarda olduğu kimi Gədəbəy rayonunda da sahibkarlıq subyektlərinə maliyyə dəstəyi hər il artır. Bu il iyun ayının 18-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy rayonunun Slavyanka kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Gədəbəydə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi olub. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb..
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2700-dən çox sahibkara 88,4 milyon manat güzəştli kredit verilib. Ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin isə 5374 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materialllarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Gədəbəy və ətraf rayonlardan olan 61 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, üzümçülük, kartofçuluq, quşçuluq, limonad istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır. 
Forum çərçivəsində Gədəbəy rayonunun Zəhmət kəndində güzəştli kredit ayrılmış ildə 6 milyon litr limonad istehsal etmək gücündə olan zavodun fəaliyyətinə baxış keçirilib. Zavoda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat kredit verilmişdir. Hazırda müəssisədə 50-yə yaxın işçi çalışır. 
Qeyd edək ki, rayonda həyata keçirilən tədbirlər nəticəsində iqtisadi göstəricilər də yaxşılaşıb. 2015-ci ilin birinci yarısında ümumi məhsul istehsalı 14 milyon 108,7 min manat olub ki, bu da nəzərdə tutulduğundan 12,1 faiz çoxdur. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 60,0 min manat məbləğində güzəştli kreditlər verilib. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 128 baş inək və düyə süni mayalandırılmış və 126 baş sağlam bala alınıb. Gədəbəydə 6 ay ərzində ət istehsalı keçən illə müqayisədə 1,3 faiz, süd istehsalı 1,4 faiz artıb. İribuynuzlu mal-qaranın baş sayı 54 min 590 başa, qoyun və keçilərin baş sayı isə 278 min 937 başa çatdırılıb ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur. Heyvandarlıq təsərrüfatlarında xəstəliklərin yayılması və sahibkarlara maddi zərərin dəyməməsi qarayara xəstəliyinə qarşı 55 minə yaxın iri buynuzlu, 252356 baş xırda buynuzlu, 3757 baş təkdırnaqlı heyvanlarda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 22959 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə 2 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatdan çıxarılıb. Aydındır ki, görülən tədbirlər  heyvandarlıq məhsulu istehsalında özünü göstərib. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 871 istehsalçıya 24383 manat yardım verilib. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl və 1 dövlət toxumçuluq təsərrüfatlarına güzəştli şərtlərlə 14,5 ton kartof toxumu ayrılıb. Bunların nqəticəsidir ki, rayon əkinçiləri də uğurlu nəticələrə nail olublar. Belə ki, 11 min 889,7 hektar sahədə kartof, 866,8 hektarda payızlıq buğda, 326 hektar sahədə tərəvəz, 86,5 hektar sahədə isə qarğıdalı əkilib. Hal-hazırda “Aqrolizinq” ASC-nin 37 ədəd, o cümlədən 6 ədəd taxılyığan kombayn, 6 ədəd traktor və 25 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş Gədəbəy rayon aqroservis filialı kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 76 ədəd, o cümlədən 33 ədəd traktor, 2 ədəd ekskavator və 41 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. 
Mütəxəssislərin verdikləri proqnoza görə, həmin sahələrdən də bol məhsul əldə ediləcək. 2015-ci ilin birinci yarısında əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Rayon məşğulluq mərkəzinə müraciət etmiş 124 nəfərdən 70 nəfəri müxtəlif idarə, müəssisə və təşkilatlarda iş yerləri ilə təmin edilib. İşlə təmin edilənlərin 28 nəfəri gənclərdir.
Sahibkarların dayanıqlı elektrik enerjisi, qaz və su təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. 10 kilovoltluq hava xəttinin 29,5 kilometr, 0,4 kilovoltluq hava xəttinin isə 28,4 kilometri yeni naqillərlə əvəz edilib, 62 ədəd elektrik transformatoru dəyişdirilib. Hazırda şəhərə və 26 kəndə təbii qaz verilir. Bunlar sahibkarlıq subyektlərinə elektrik enerjisinə, qaz və suya təlabatının təmin olunması və istehsalın fasiləsiz işləməsinə imkan verir.

Tarix
10 Sentyabr 2015 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin