Ana səhifə
21 Noyabr 2018

Partiyalara pulsuz efir vaxtı ayrılacaq - Azərbaycanda

Ucnoqta.az” xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend-in məlumatına görə, ilk olaraq 20-21 oktyabr 2014-cü il tarixində keçirilən iclasların protokolları təsdiq edilib.

Sonra Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının bələdiyyə seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.

Daha sonra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Bələdiyyə seçkilərinə hazırlıq barədə danışan MSK sədri Məzahir Pənahov qeyd edib ki, qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq.

Onun sözlərinə görə, bu həftədən etibarən seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici verilişlər efirə çıxacaq.

M.Pənahov bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb.

 

Tarix
27 Oktyabr 2014 [17:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin