Ana səhifə
19 Noyabr 2018

Daşkəsəndə sahibkarlara 274 min 500 manat kredit verilib

Buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına isə 28760 manat yardım göstərilib

Daşkəsən rayon sahibkarları olub 2015-ci ilin birinci yarısı bütövlükdə respublikamız üçün, o cümlədən, Daşkəsən rayonu üçün də uğurlu olub və bir çox sahələrdə əhəmiyyətli nəticələr əldə edilib. Əksər sahələrdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2015-ci ilin birinci yarısında sənaye üzrə 2 milyon 206 min manat (əvvəlki ilə nisbətən 1,7 faiz çox), kənd təsərrüfatı məhsulları 9 milyon 403 min manat (0,5 faiz çox), nəqliyyat üzrə 1 milyon 352 min manat (5,5 faiz çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 7 milyon 999 min manat (6,5 faiz çox) olub. 
2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 27 istehsalçıya 28760 manat yardım verilib. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 2 özəl toxumçuluq təsərrüfatlarına güzəştli şərtlərlə 14 ton kartof toxumu ayrılıb. “Aqrolizinq” ASC-nin Göygöl rayon aqroservis filialı Daşkəsən rayonunun kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Hal-hazırda "Aqrolizinq" ASC-nin Göygöl rayon bölməsi Daşkəsən rayonunun kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət işlərini həyata keçirib.
Rayonda 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən- Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunub və bu tədbirin həyata keçirilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil edilib. Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmış, rayon ərazisində müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələrinin və yeni 35/6 kv-luq şəhər yarımstansiyasının, eyni zamanda tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılıb. Görülən işlər rayonda sahibkarlıq təsərrüfatlarının inkişafına təkan verəcəkdir. Çünki infrastrukturun olması həm də sahibkarlığın inkişafı üçün vacib şərtlərdən biridir. İnfrastrukturu bərbat olan yerdə  inkişaf da olmaz. Daşkəsən rayonunda sahibkarlarıen maarifləndirilməsi sahəsində də uğurlu tədbirlər həyata keçirilir. Məsələn, Daşkəsən rayonunun Bayan kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı və Daşkəsən rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən treniq “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Daşkəsən rayonunda turizmin inkişaf perspektivləri”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edib. Treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, turistlərin qarşılanması, yerləşdirilməsi və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib. Bu il sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər  də verilib. 23 iyul 2015-ci il tarixdə Gəncə-Qazax iqtisadi rayonu üzrə Daşkəsən rayonunda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi sahəsindəki tədbirlərini davam etdirib. Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Abdullayev Şirzad Əyyub oğlunun da iştirakı ilə  keçirilən forumda rayonda olan sahibkarlar, fermerlər və iş adamları iştirak ediblər. Forumun açılışını edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlar kimi, Daşkəsənin də sürətlə inkişaf etdiyini bildirərək, rayonumuzda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov çıxış edərək, dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulayıb. O bildirib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir. Samir Hümbətov sahibkarların maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin öyrədilməsi, həmçinin sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Fondun həyata keçirdiyi tədbirlər barədə geniş məlumat veib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını tanış edib. O qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu yeni yanaşma prinsiplərini davam etdirərək rayon üçün xarakterik olan kartofçuluğun, arıçılığın, heyvandarlığın inkişafı və kiçik istehsal müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflər gözləyir.
Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat veribr. Bildirib ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcəkdir. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. Yeni system vaxt itkisinin qarşısının alınmasına, izafi xərclərin aradan qaldırılmasına kömək edəcək.
O cümlədən, tədbirdə sahibkarlar üçün treninqdə keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib. Tədbirdə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Daşkəsən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla məsləhətləşmələr aparılıb. Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən ümumilikdə 55 sahibkarlıq subyektinə 757 min manat güzəştli kreditlər verilib ki, onlardan 21 sahibkarlıq subyekti 274 min 500 manat olmaqla Daşkəsən rayon sahibkarları olub. 

Tarix
9 Sentyabr 2015 [17:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin