Kür çayı üzərində daha bir körpünün tikintisi başa çatır – FOTO

Prezident İlham Əliyevin göstərişinə əsasən, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işləri davam etdirilir. Şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında Kür çayı üzərindən daha bir körpünün tikintisi yüksək keyfiyyətlə aparılaraq, başa çatdırılmaq üzrədir. Söhbət tikintisinə ötən il başlanılan və Salyan rayonu ərazisində mərkəzlə 6 min nəfər əhalinin yaşadığı Babazanan yaşayış massivini birləşdirən körpüdən gedir. Artıq körpüdə son tamamlanma işləri aparılır. Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.

Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədi ilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.
6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.
Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə sözügedən körpü A-15, NK-100 hesabi yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib.

 

Emin

Tarix
9 Sentyabr [16:56]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Maşın bazarında alqı-satqı əməliyyatları azaldı - QİYMƏTLƏR ARTIB

"İdxal olunan yeni avtomobillərin qiyməti artacaq"

Yeni “Ford Trucks” seriyası ilə “Hər yükdə birlikdə” – FOTOLAR

“Ford Trucks”un yeni istehsal etdiyi yük avtomobili Bakıda təqdim edildi

Gömrük sərhədindən keçirilən avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib

Avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır

“Avtovağzal”a gedənlərə şad xəbər

Bu avtomobillərlə bağlı cərimələr də artır – 5 min manat

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulub

«NAZ-Lifan» 6 modelin istehsalına başladı

Bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək

Bakcell şirkəti ilk “ağıllı avtomobil”i təqdim etdi

2015-12-03 18:10:13

Avtobuslarda izləmə avadanlığı quraşdırılır

Sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntularhaqqında məlumatı toplayır

Azərbaycan maşın idxalını 50 faizdən çox azaltdı

Bu ilin 9 ayı ərzində 22 915 ədəd avtomobil idxal edilib

Yeni yol sürücülərin ixtiyarına verildi - FOTO

Həsən Əliyev küçəsində yeni yol hissəsi salınıb
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.