Ana səhifə
25 Sentyabr 2018

Xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir - FOTO

 Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir. Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafər Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Fəxrəddin Dadaşov, İlham Namiq Kamal, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir. Habil Əliyevin oğlu sənətkarın ölümünün onların ailəsi üçün böyük itki olduğunu bildirib və dövlətin onlara olan dəstəyini yüksək qiymətləndirib. O, bu dəstəyə görə Prezident İlham Əliyevə və onun ailəsinə təşəkkürünü bildirib. 

Canəli Əkbərov da dövlətin Habil Əliyevə olan dəstəyini xüsusi qeyd edib: "Habil Əliyevin Azərbaycan xalqı və musiqisi qarşısında ən böyük xidməti ermənilərin kamançanı özününküləşdirməsinin qarşısını almasıdır". 
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq. 
Xatırladaq ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Sentyabrın 8-də 89 yaşında dünyasını dəyişib.

Tarix
9 Sentyabr 2015 [14:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin