Ana səhifə
13 Noyabr 2018

Fransa Prezidenti Sarkisyanla görüşdü

Ucnoqta.az” xəbər verir ki, Fransa Prezidenti Fransua Olland Ermənistan Prezidenti Serj Sarkisyanla Parisdə Yelisey Sarayında görüş keçirib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verib.

 

Bir müddət sonra Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə etmək üçün Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin üçtərəfli görüşü də gözlənilir. Daha əvvəl bu təşəbbüslə F.Olland çıxış edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə Fransa Prezidenti F.Olland çıxış edib. Avqust ayında isə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Dağlıq Qarabağ münaqişəsinə dair üçtərəfli görüş keçiriblər. Bundan öncə V.Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşləri keçirilib.

 

Tarix
27 Oktyabr 2014 [17:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin