Ana səhifə
22 Sentyabr 2018

Məşhur şirkətin “sahibi”nə cinayət işi açıldı

Dələduzluq yolu ilə vətəndaşın külli miqdarda əmlakını ələ keçirən vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

 

Ucnoqta.azxəbər verir ki, xəbər verir ki, baş prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, “Standart Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən “Minvest” şirkətinin sahibi, Avropa və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək Bakı şəhər sakininə yüksək faizlə gəlir əldə etməyi vəd verməklə 2013-cü ildə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.(AzVision.az)

 

Tarix
27 Oktyabr 2014 [17:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin