Ana səhifə
26 Sentyabr 2018

Ağstafa heyvandarlarına 115 min manat məbləğində güzəştli kreditlər verilib

Rayonda emal müəssisələri tikilir

2015-ci ilin birinci yarısında ölkə iqtisadiyyatı 5,7 faiz artıb, ümum daxili məhsulun səviyyəsi yüksəlib, qeyri-neft sənayesi 14 faizdən çox artıb. İnflyasiya cəmi 3,5 faiz təşkil edib, əhalinin pul gəlirləri ənənəvi olaraq  inflyasiyanı üstələyərək 6,2 faiz artıb. Kənd təsərrüfatında 7,3 faiz artım olub, taxılçılıqla məhsuldarlıq təxminən 20 faiz artıb. Uğurlu nəticələr Ağstafa rayonun iqtisadi göstəricilərində də müşahidə olunub. 2015-ci ilin birinci yarısında Ağstafa rayonunda əldə olunan nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. 2015-ci ilin birinci yarısında Ağstafa rayonunda Ümumi məhsul buraxılışının həcmi 3.7 faiz, o cümlədən  kənd təsərrüfatı məhsullarının istehsalı 1.9 faiz, tikinti işlərinin həcmi 2.2 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1.8 faiz artıb. Cari ilin birinci yarısında rayonda nəqliyyat və rabitə xidmətləri 2.0 və 2.3  faiz, ticarət 9.1 faiz artıb. 2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 faiz çoxaıb. Rayonda orta aylıq nominal əmək haqqı 1.6 faiz artaraq 240 manat təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində 2.8 faiz artım qeydə alınıb. 2015-ci ilin birinci yarısında rayonda 417 yeni iş yeri aşılıb, onun da 372-si (89.2 faiz) daimi iş yeridir.
Cari ildə rayonda  abadlıq, tikinti işlərinin sürətlə aparılması təmin olunur.
Rayonda heyvandarlığın və bitkiçiliyin inkişaf etdirilməsi məqsədilə göstərilən maliyyə dəstəyi müsbət nəticələr verib. Heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 115,0 min manat məbləğində güzəştli kreditlər verilib. Sahibkarlara lizinq yolu ilə 16 baş damazlıq heyvan satılıb. Bu da heyvandarlıqda keyfiyyət dəyişikliyinə səbəb olub. Daha çox məhsul almağa imkan verib.  2015-ci ilin 6 ayı ərzində rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 25804 baş iri buynuzlu, 162063 baş xırdabuynuzlu, 3997 baş təkdırnaqlı heyvanlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 9630 baş iri buynuzlu heyvanda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 6899 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə 3 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək sahibkarlıq təsərrüfatından çıxarılıb.
Ağstafa rayonunda meyvə bağlarının və üzümlüklərin əkin sahəsi müvafiq olaraq 1158 və 491 hektara çatdırılıb, 167 hektar sahədə yeni meyvə bağları, 124 hektar sahədə isə yeni üzümlüklər salınıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Azərbaycan Respublikasında müasir taxılçılıq təsərrüfatlarının yaradılması, yüksək məhsuldarlığın əldə edilməsi sahəsində əsaslı dəyişikliklər həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikasında taxılçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri kəmiyyət inkişafı ilə yanaşı, onun keyfiyyət göstəricilərini nəzərə alaraq bu sahənin inkişaf etdirilməsinə diqqət yetirilir. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 2394 sahibkara 215835 manat yardım verilib. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 6 ton kartof toxumu ayrılıb.
 Cari ilin məhsulu üçün Ağstafa rayonunda 7960 hektar sahədə taxıl, o cümlədən 5481 hektar sahədə buğda, 2119 hektar sahədə arpa yetişdirilib. Məhsul yığımının qısa müddətdə və itkisiz başa çatdırılması üçün lazımi tədbirlər görülüb. Biçin kampaniyasına 26 kombayn cəlb olunub. Buğda sahəsinin bir hektarından 29 sentner, arpa sahəsinin bir hektarından isə 25,3 sentner məhsul götürülüb ki, bu da fermerləri sevindirib. Hazırda rayonda “Aqrolizinq” ASC-nin 57 ədəd, o cümlədən 12 ədəd taxılyığan kombayn, 12 ədəd traktor, 1 ədəd ekskavator və 32 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş Ağstafa rayon aqroservis filialı istehsalçılara 20 addan çox aqrotexniki xidmət göstərir. Bundan əlavə 199 ədəd, o cümlədən 6 ədəd taxılyığan kombayn, 54 ədəd traktor və 135 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.
Artıq növbəti ilinməhsul isteşsalı üçün gübrə satışı həyata keçirilir. Kənd Təsərrufatı Nazirliyi bildirilir ki, kənd təsərrüfatı məhsul istehsalçıları "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon təşkilatlarından payızlıq əkinlər üçün şum altına və səpinlə birlikdə vermək üçün azot, ammonium sulfat, superfosfat, nitroammofoska, ammafos və kalium mineral gübrələrini 70 faiz güzəştlə əldə edə bilərlər. Ağstafa fermerləri də lazım olan gübrələri rayon "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon təşkilatına müraciət etməklə ala bilərlər.
Kənd təsərrüfatı məhsulun vaxtında yığılması ilə yanaşı onun saxlanması və emalı da çox önəmlidir. Bu məqsədlə rayonda görülən işlər gələcəyə ümidlə baxmağa , rayonda daha böyük naliyyətlər əldə olunacağına inam yaradır. Belə ki, Almaniya istehsalı olan müasir kənd təsərrüfatı texnika və aqreqatları ilə təchiz edilən “Ağstafa Aqroservis” MMC Almaniyanın bir neçə şirkəti ilə birlikdə tərkibində 30 min ton saxlama gücünə malik taxıl anbarı, saatda 5,0 ton emal gücü olan un zavodu, çörək və qənnadı istehsalı zavodu, eyni vaxtda 200 nəfərə xidmət etmə gücü olan “fass food” sistemli iaşə obyektinin inşasını həyata keçirməyə başlayıb.
Bununla əlaqədar müasir avropa standartlarına cavab verən, gigiyenik standartlara uyğun avtomatlaşdırılmış avadanlıqlar ilə təchiz edilmiş taxıl anbarı və emalı, eyni zamanda regionun fermerləri tərəfindən istehsal edilmiş taxılın qəbulu nəticəsində, yerli satış bazarının bütövlükdə təmin ediləcəkdir
Layihənin həyata keçirilməsi məqsədi ilə Almaniyanın “Landesbank Baden-Württemberg” bankından ilkin olaraq 10 (on) milyon Avro kredit ayrılıb.  Qeyd edək ki, Ağstafada 6500 hektar ərazini əhatə edəcək bu müasir kompleksdə 6600 baş mal-qara saxlanılacaq, yem və heyvandarlıq təsərrüfatı, süd emalı zavodu və s. fəaliyyət göstərəcək. Layihənin ümumi dəyəri 36,6 milyon manat təşkil edir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükündən başlayaraq son məhsulun emalına qədər böyük bir prosesi bir müəssisədə cəmləşdirməklə istehsalçıların və istehlakçıların maraqlarının uzlaşdırılmasına nail olunacaqdır. Bu, rayonda ərzaq mallarına olan tələbatın təmin olunmasına imkan verəcək. Qonşu rayonlarına da məhsul göndərilməsinə imkan verəcək. Bunlar göstərir ki, Ağstafa rayonu cari ili də uğurlu nəticələrlə başa vuracaq. 

Tarix
8 Sentyabr 2015 [16:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin