Ana səhifə
25 Sentyabr 2018

Ermənilərin növbəti həyasızlığı

Rəbiyyət Aslanova: “Xankəndində mühakimə olunmalı şəxslər əlləri qana bulaşan Ermənistanın indiki rəhbərliyi olmalıdır”

 

 

"Ucnoqta.az" xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı bu cür mövqe nümayiş etdirməsi ən böyük ədalətsizliyə bariz nümunədir. Onun sözlərinə görə, girovlar öz torpaqlarına gediblər: “Onları kəşfiyyatçı, hansısa sifarişi həyata keçirmək üçün o əraziyə gələn insan kimi qələmə verərək bu cür mühakimə etmək qətiyyən düzgün deyil. Hər iki girov Beynəlxalq Qızıl Xaç Komitəsi ilə görüşlərində də söyləyiblər ki, yeganə istəkləri öz vətənlərinə gedib yaxınlarının məzarlarını ziyarət etmək olub. Onların əməllərində hansısa cinayət faktı yoxdur. Belə olan surətdə onlara bu cür böhtan atmaq və məhkəmədə mühakimə etmək düzgün deyil. Bu insanlar öz torpaqlarındadırlar. Dağlıq Qarabağda, Xankəndidə belə bir mühakimənin aparılması yolverilməzdir. Azərbaycan ərazisində Azərbaycan insanının azad hərəkət etmək hüququ var. Bu, beynəlxalq konvensiyalarda əks olunan müddəadır”.

Komitə sədri bildirib ki, Xankəndində mühakimə olunmalı şəxslər əlləri qana bulaşan Ermənistanın indiki rəhbərliyi olmalıdır. Onun sözlərinə görə, separatçı rejimin təmsilçiləri azərbaycanlı girovlar barəsində ədalətsiz qərar çıxaracaqlar: “Biz buna görə beynəlxalq strukturlara müraciət etməliyik”.

 

Rəbiyyət Aslanova onu da bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan üçün vətənpərvərlik nümunəsidir.

Tarix
27 Oktyabr 2014 [17:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin