Ana səhifə
23 Sentyabr 2018

Xalq Avropaya inteqrasiya xəttini dəstəklədi

Moskvanın Ukraynaya qarşı yürütdüyü hərbi, siyasi xətt əks-effekt verdi

 

Ukrayna parlamenti Ali Radaya növbədənkənar seçkilərin ilkin nəticələri ilə bağlı ilk göstəricilər açıqlanıb. Mərkəzi Seçki Komissiyası 198 seçki dairəsinin hamısında səslər hesablandıqdan sonra bu barədə açıqlama verib. Səslərin 45 faizi sayılandan sonra baş nazir Yatsenyukun Xalq Cəbhəsi birinci yerdə gedir. Xalq Cəbhəsi səslərin 21,62 faizini yığıb. “Poroşenko bloku” 21,47 faizlə ikincidir. Üçüncü yerdə “Özünəkömək” partiyası gəlir. Onu dəstəkləyənlər seçkidə iştirak edənlərin 11,14 faizidir.  Hələlik “Müxalifət bloku” – 9,72 faiz, Radikal partiya – 7,37 faiz, Batkivişina - 5,72 faiz səs toplayır.  

Verilən məlumata görə, seçkilərdə seçici fəallığı 52,42 faiz təşkil edib. Ən yüksək seçici fəallığı Lvov vilayətində qeydə alınıb. Orada seçicilərin 70 faizi səsvermədə iştirak edib. Paytaxt Kiyevdə isə bu göstərici 56 faizə yaxın olub. Ən aşağı fəallıq isə Donetsk və Luqansk vilayətlərində qeydə alınıb. Bu vilayətlərdə 32 faiz seçici məntəqələrə gəlib. İlkin nəticələr elan edildikdən sonra “Petro Poroşenko bloku”nun rəhbəri Yuri Lutsenko jurnalistlərə deyib ki, Ukraynada hakim koalisiyada heç kim “böyük və ya kiçik üzv” olmaycaq. O bildirib ki, qalib Maydan partiyalarının liderlərinə telefonla zəng edilir və məsləhətləşmələrə çağırılır. Onun sözlərinə görə hazırda prezident yalnız baş nazirlə görüşüb.

Ukraynalda keçirilmiş parlament seçkisinə münasibət bildirən politoloq Zəfər Quliyevin sözlərinə görə, xalqın böyük əksəriyyəti Avropaya inteqrasiya xəttini seçən qüvvələri dəstəklədi: “İlkin nəticələr göstərir ki, qərbyönümlü partiyalar Ali Radada çoxluq təşkil edəcək. Bu, xalqın Qərbyönümlü siyasətə verdiyi dəstəkdir. Bu, onu göstərir ki, Moskvanın Ukraynaya qarşı yürütdüyü hərbi, siyasi xətt əks-effekt verdi”.

Zəfər Quliyev Ukrayna xalqının hakimiyyət ilə eyni mövqe göstərdiyini deyir: “Bundan sonra ölkə Moskvanın təzyiq və təxribatlarına daha asan davam gətirəcək. Çünki bir hakimiyyət o zaman xarici müdaxiləni dəf edə bilər ki, onun mövqeyi ilə xalqın mövqeyi üst-üstə düşsün”. Politoloq hesab edir ki, seçkinin nəticələri ilə Moskva da barışmalı olacaq: “Onsuz da Ukrayna siyasəti üzündən Rusiya ciddi maliyyə itkiləri ilə üzləşib. Fikrimcə, Moskva rəsmi Kiyevlə danışıqlara gedəcək”.

Ukrayna parlamentində, hökumətində Avropaya inteqrasiya tərəfdarlarının oturması Azərbaycan üçün də önəmli haldır, - Zəfər Quliyev deyir. Onun sözlərinə görə, son vaxtlar Moskva keçmiş post sovet ölkələrində təhlükəli siyasət yürütməsi nəticəsində qərb yönümlü təşkilatlar, beynəlxalq qurumlar sıxışdırılır: "Rusiya keçmiş sovet respublikalarında əvvəllər olduğu kimi  hegemonluq etmək istəyir. Amma Azərbaycan öz yolunu seçib, bunu Konstitusiyası ilə də göstərib. Ukrayna Avropaya inteqrasiya yolunda tam qələbə çalarsa, Azərbaycana da bu xətti müdafiə etmək asan olacaq”.

Tarix
27 Oktyabr 2014 [16:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin