Ana səhifə
15 Noyabr 2018

Bakı Ali Neft Məktəbi və Londonun Kral Kolleci arasında əməkdaşlıq müzakirə olunub

Dünyanın qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin (King's College London) beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Nomi Veinberq Bakı Ali Neft Məktəbində olmuşlar.


 

Ucnoqta.az ARDNŞ-in saytına istinadla bildirir ki, qonaqları salamlayan BANM-nin rektoru Elmar Qasımov Neft Məktəbinin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, ali məktəbin yaradılmasında əsas məqsəd beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə hazırlanması və sənayə sahələrində ingilisdilli peşəkar kadr tələbatının ödənilməsidir. 
Rektor BANM-in dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil müəssisələri və Böyük Britaniyanin Heriot-Vatt universiteti, eləcə də neft-qaz şirkətləriylə əməkdaşlıq etdiyini vurğulamışdır. E.Qasımov London Kral Kolleci ilə kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasını müsbət qiymətləndirmiş, bununla əlaqədar olaraq London Kral Kollecinin rektorunu BANM-ə dəvət etmişdir. Öz növbəsində London Kral Kollecinin əməkdaşları təmsil etdikləri universitet haqqında ətraflı məlumat vermiş, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırmışlar.

Tarix
27 Oktyabr 2014 [16:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin