Ana səhifə
22 Sentyabr 2018

Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Şurada olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hükumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris ilə görüş keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında qonağa ətraflı verib. Azay Quliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında olan əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini bildirib.

 

Asiya İnkişaf Bankının QHT və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzinin rəhbəri Kris Morris 2015-ci ilin mayında AİB-na üzv olan 67 dövlətin illik toplantısının keçiriləcəyini qeyd edib. Kris Morris toplantı çərçivəsində QHT-lərlə bağlı xüsusi sessiyanın təşkil ediləcəyini deyərək bu istiqamətdə Şura ilə yaxından əməkdaşlıq etmək istədiklərini söyləyib. Mərkəzin rəhbəri QHT-lərin monitorinq imkanlarının, bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Şura sədri Azay Quliyev irəli sürülən əməkdaşlıq təkliflərini müsbət qarşıladığını və iki qurum arasında bu istiqamətdə müzakirələrin davam etdirilməsinin faydalı olduğunu vurğulayıb.

 

 

Emin

Tarix
27 Oktyabr 2014 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin