Ana səhifə
20 Sentyabr 2018

Xidmət sahəsində özəl sektor aparıcı sahədir

Şamaxıda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23,6 milyon manat təşkil edib
 Azərbaycanın sürətlə inkişaf edən rayonlarından biri də Şamaxı rayonudur. 2015-ci ilin birinci yarısında rayonda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilib. Cari ilin altı ayında rayonda 64,9 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6  milyon manatdan və yaxud 5,8 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2,3 milyon manat olub.  Əsas sənaye sahələri yeyinti və yüngül sənayedir. Yeyinti sənayesində ön yeri yerli üzüm məhhsulunu emal edən şərabçılıq tutur. Yüngül sənaye əsasən tikiş və xalçaçılıq sahəsi ilə təmsil olunur. Şamaxı rayonunda 2004-cü ilədə “Evsen” şirkətlər qrupunun “Star” məişət xidməti cihazları, 2005-ci ildə “Azsamand” avtomobil və 2009-cu ildə “Azelektronik” soyuducu zavodları fəaliyyətə başlayıb. “Star” məişət xidməti cihazları zavodunda televizor və on adda məişət texnikası istehsal olunur. “Azelektronika” soyuducu zavodu işləyir. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 7,5 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 7,3 milyon manat təşkil edib. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 96,1 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23,6 milyon manat təşkil edib.  Xidmət sahəsində özəl sektor aparıcı qüvvədir. Rayonda sahibkarlara göstərilən güzəştli kreditlərin həcmi də hər il artır. Məsələn, ötən il  SKMF sentyabrın 5-də Şamaxı rayonunun Sabir qəsəbəsində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirib.  İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış yaşıl marketin, 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin, üzümçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin) və kiçik fermer mağazalarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Bu layihələr çərçivəsində. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Şamaxı rayonu üzrə 68 sahibkara 4,8 milyon manat güzəştli kreditlər verilib. Nəticədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 1800 nəfərə çatdırılıb. 2015-ci ildə də layihələrin qəbuluna başlanıb. Rayon sahibkarlarına 4-5 milyon manat güzəştli kreditlərin verilməsi gözlənilir. 

Qeyd edək ki, Şamaxı roayonun iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə  24,4  mln. manatlıq məhsul istehsal edilib. 2015-ci ilin məhsulu üçün 21605 ha sahədə yazlıq və payızlıq əkinlər əkilib. Bu da keçən ilin müvafiq dövründən 2802.5 ha və yaxud 15 faiz çoxdur. Bunun 19680 hektarı strateji məhsul olan dənlilərdir. Qeyd edək ki, 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 2597 istehsalçıya 355910 manat yardım verilib. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 8 özəl toxumçuluq təsərrüfatı yaradılıb və hal-hazırda toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı məqsədi ilə rayonda Karmen MMC tərəfindən 1200 tonluq üzüm soyuducu kamerası tikilir Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilir.
 “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Şamaxı rayon aqroservis filialı 44 ədəd, o cümlədən 13 ədəd taxılyığan kombayn, 6 ədəd traktor, 1 ədədekskavator və 24 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 339 ədəd, o cümlədən 12 ədəd taxılyığan kombayn, 114 ədəd traktor və 203 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. 
2015-ci ilin 6 ayı ərzində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə Şamaxı rayon Bitki Mühafizəsi Mərkəzinə 670 kq/l pestisid ayrılıb. Bu tədbirlər sahibkarların daha çox məhsul yığmasına imkan verib.
Şamaxı rayonunda kartof yığımı isə başa çatıb. Rayon statistika idarəsindən  -a verilən məlumatda bildirilir ki, bu il təsərrüfatlarda 428 hektar sahədə kartof yetişdirilib. Qeyri-ənənəvi təsərrüfat sahəsi olan kartof əsasən fiziki şəxslər tərəfindən əkilir. Məhsul yığımı optimal müddətdə yekunlaşıb, sahələrdən 4900 ton kartof götürülüb. İstehsal ötən ildəki göstəricidən xeyli çoxdur. Hər hektardan orta məhsuldarlıq 72 sentnerə çatıb. Qızmeydan, Qaleybuğurd, Nağaraxana, İkinci Cabanı ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
 Şamaxı rayonu həm də üzümçülük mərkəziditr. Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi. O dövrdə keçmiş Sovetlər Ittifaqını üzüm məhsulları, o cümlədən şərabla təmin edən Azərbaycanda 1984-cü ildə 2 milyon 126 min ton üzüm istehsal olunub. O zaman respublikada 181 üzüm emalı müəssisəsi var idi. Təsadüfi deyil ki 1985-ci ildə ölkənin ümumi əkin sahəsinin 218.8 min hektarını üzüm plantasiyaları tuturdu. Üzümçülük, aparıcı sahə olaraq, dövlət büdcəsinə milyonlarla manat gəlir gətirirdi. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, Şamaxı, kimi ənənəvi üzümçülük rayonunda ildə 200-220 min ton üzüm istehsal olunurdu. 
Üzüm istehsalında orta məhsuldarlıq də həmin ildə ən yüksək göstəriciyə (hektardan 90-100 sentner) çatmışdı. Lakin 1980-ci illərin ikinci yarısından başlayaraq üzümçülük təsərrüfatlarının dağıdılması nəticəsində bu göstəricilərdən əsər-əlamət qalmadı. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə, o cümlədən şamaxıda üzümçülüyə yenidən diqqət yönəldi, yeni üzüm sahələri yaradıldı. Bu sahənin daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlər görülür.  Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu onayır. Görülən tədbirlər sayəsində rayonda plantasiyaların sahəsi 1627,5 hektara çatdırılıb. Hazırda rayonda üzüm yığımı davam edir. Artıq bir neçə gündür ki, Şamaxı rayonunun üzümçüləri məhsul yığımına başlayıblar. Qısa vaxtda plantasiyalardan 4000 tona yaxın məhsul yığılıb. Rayonda daha çox üzüm plantasiyalarının olduğu Şəhriyar, Mədrəsə, Sabir qəsəbə, Çarhan, Adnalı, Meysəri kənd ərazi vahidlərində hər gün bağlara yüzlərlə işçi çıxır. 

Şamaxıda heyvandarlıq da aparıcı sahədir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə rayonda heyvandarlıq sahəsinə 200,0 min manat məbləğində güzəştli kreditlər verilib 

Tarix
7 Sentyabr 2015 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin