Ana səhifə
20 Sentyabr 2018

Azərbaycandan girovlarla bağlı Putinə müraciət

“Xahiş edirik vətəndaşınıza sahib çıxın”

 

 

Bu gün ermənilər Xankəndində Kəlbəcərdə öz ata-babalarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə qondarma məhkəmə prosesi qurublar. Ermənistanın girov götürdüyü Dilqəm Əagərov işğal oplunmuş Kəlbəcərdə anadan olsa da, Rusiya vətəndaşıdır. Demək, Rusiya öz vətəndaşının hüquqlarını qorumalıdır. Məsələ ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

 

Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putinə

Hörmətli cənab Prezident!

 

Çağdaş zamanda dünyanın bir çox ölkələrinin əraziləri işğal edilir, günahsız insanların qanı axıdılır, əsir və girov götürülür. Daimi gərginlik mərkəzi olan bölgələrdən biri də Cənubi Qafqazdır, Regionda yerləşən Ermənistan öz silahlı qüvvələrinin birbaşa iştirakı ilə Azərbaycanın 20 faizini işğal edib, minlərlə azərbaycanlını qətlə yetirib, on minlərlə azərbaycanlı bu işğal nəticəsində öz doğma evlərindən ayrılıb, itkin düşüb, fiziki sağlamlığından məhrum olub, bir milyondan artıq insan köçkün olub.

Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir. Bunun nəticəsidir ki, 2014-cü ilin iyul ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna - öz doğmalarının qəbirlərini ziyarətə getmiş 3 azərbaycanlıdan biri  - Həsən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, ikisi – Dilqəm Əsgərov  və Şahbaz Quliyev isə girov götürülmüşdür  Onların beynəlxalq konvensiyalarla təsbit olunmuş insan hüquqları kobud şəkildə pozulmuşdur.

 

Hörmətli cənab Prezident,

 

Girov görtürülən azərbaycanlılardan biri  - Dilqəm Əsgərov Azərbaycanın Kəlbəcər rayonunda doğulsa da, Rusiya vətəndaşıdır. Rusiya Prezidenti kimi Siz öz vətəndaşlarınızın hüquqlarını hər zaman qorumusunuz və bu addımınız Dilqəm Əsgərovun yaxın zamanlarda girovluqdan azad edilməsində mühüm addımlar atacağınıza bizdə əminlik yaradır.

Sizə müraciət edərək öz doğma kəndində Ermənistan tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun, həmçinin onunla birlikdə girov götürülmüş Şahbaz Quliyevin azad edilməsinə kömək göstərməyinizi xahiş edirik.

Həm Rusiya Prezidenti, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi nüfuzunuzdan istifadə edib bu müraciətə həssas yanaşacağınıza ümid edirik

Əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

 

Emin

Tarix
27 Oktyabr 2014 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin