Ana səhifə
24 Sentyabr 2018

Ana qızının ölüm qərarını verdi - FOTOLAR

İngiltərədə bir ana həyatının ən çətin qərarını verib. 

 

Ucnoqta.az xəbər verir ki, Şarlotta Fitzmaurisin qızı 12 il öncə dünyaya gəlib. Lakin Nensi adlı körpədə problemlər olub. Belə ki, o doğulan kimi meningit xəstəliyinə yoluxub. 

 

Xəstəlikdən sonra uşaq görmə qabiliyyətini itirib. O, nə gəzə, nə danışa, nə də yemək yeyə bilməyib. Uşaq günün böyük hissəsini ağrılardan qıvrılaraq keçirib. 

 

Ana qızının bu ağrı acısına çox dözə bilməyib. O, məhkəməyə müraciət edərək Nensinin eftanaziya olunmasını xahiş edib. 

 

Onun sözlərinə görə, həkimlər uşağın 4 il yaşaya biləcəyini deyiblər. lakin bütün günü xəstəxanalarda qalmaqla onlar körpəni 12 il yaşamasına kömək edə biliblər. "Morfi və başqa ağrıkəsicilərə qarşı immuniteti yaranmışdı. Artıq onlar təsir etmirdi. Beyninə daima su yığılırdı. Məhkəmənin eftanaziya qərarından 14 gün sonra bu hökm icra edildi. Artıq o rahatdır. Amma mən heç vaxt özümü bağışlamayacam".(anspress.com)

 

Tarix
27 Oktyabr 2014 [21:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin