Ana səhifə
19 Sentyabr 2018

Kapitana ömürlük həbs

Bu ilin aprel ayında baş verən və  əksəriyyəti uşaqlar olan 304 nəfərin həlak olduğu gəmi qəzası ilə bağlı məhkəmə işi davam edir. 

 

"Ucnoqta.az" xəbər verir ki, prokurorluq son olaraq 68 yaşlı gəmi kapitanı üçün öz vəzifəsini yerinə yetirməyərək 304 nəfərin həlak olmasına səbəb olduğu üçün ömürlük həbs cəzası istəyib. Lakin  məhkəmə işi davam etdiyinə görə hələlik yekun qərar verilməyib. Qeyd edək ki, gəminin batması zamanı kapitan və digər heyət üzvlərinin qaçdıqları anın kameraya düşməsi ölkədə böyük narazılıq doğurmuşdu. Buna görə də məhkəmə binası qarşısına yığışan nümayişçilər təqsirkarlara verilə biləcək ən ağır cəzanın verilməsini tələb edib.

Qeyd edək ki, 304 nəfərin həlak olduğu faciə bu ilin 16 aprel günü baş vermiş və ölkə vətəndaşlarının narazılığı ilə qarşı-qarşıya qalan baş nazir istefa vermək məcburiyyətində qalmışdır.

 

Samir Mehralıyev

Tarix
27 Oktyabr 2014 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin