Ana səhifə
20 Noyabr 2018

İŞİD-in paltarlarını türklər tikib - ŞOK İDDİA

İŞİD yaraqlılarının paltarlarının Almaniyada bir türk dərzisi tərəfindən hazırlandığı ortaya çıxıb. 



Ucnoqta.az xəbər verir ki, İŞİD-in geydiyi formaların (çəkmə və hərbi paltarların) Almaniyada yaşayan Nuran B. adlı bir türk dərzisi tərəfindən hazırlandığı bəlli olub. 

Hazırlanan çəkmə və paltarlar Türkiyə vasitəsilə İŞİD-ə göndərilib.

Deyilənə görə Nuran B. həmçinin İŞİD-ə “Kalaşnikov” avtomatının gülləsini və gecəgörmə durbini də təklif edib.

Bu faktın isə 31 yaşlı bir elektrik ustası Kassem al-R.-nin Bonn şəhərində xüsusi əməliyyat zamanı tutulmasından sonra aşkarlandığı deyilir. 

Bild qəzeti yazıb ki, İŞİD-i paltar və başqa ləvazimatlarla təmin edən Nuran B. həbs edilib. 

Qeyd edək ki, 2002-ci ildən bəri Almaniyada yaşayan Nuran B. həyat yoldaşı və üç uşağı ilə birlikdə yaşayır. O, həyat şəraitini yaxşılaşdırmaq üçün terror təşkilatı İŞİD-i hərbi vəsait və uniformalarlarla təmin edib. 

Araşdırmalar nəticəsində bəlli olub ki, Nuran B. bu vəsaitləri Ulm şəhərində yaşayan bir türk qadınından alıb.

O, son on ay əvvəl 7500 çəkmə, 6000 hərbi pencək, 100 əsgər köynəyi əldə edib. Bütün bu mallar üçün Nuran B. təxminən 130.000 avro ödəyib.(Aznews.az)
 

Tarix
27 Oktyabr 2014 [21:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin