Ana səhifə
20 Noyabr 2018

İsmayıllıda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış “yaşıl market” tikilir

Market tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq
İsmayıllı rayonunda həyata keçirilən layihələr iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin edib. Kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı artıb. Sahibkarlara verilən güzəştli kreditlər yeni  sahələrin yaradılmasına imkan verib. Ötən ilin fevralında 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Həmin vaxtadək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1446 investisiya layihəsinin maliyyələşdirilməsinə 54,7 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “yaşıl market”in, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Sahibkarlara güzəştli kreditlərin verilməsi 2014-cü ilin dekabrında da həyata keçirilib. Dekabrın 11-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirib. SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 5 401 sahibkara 280 mln. manat güzəştli kredit verilib. Növbəti tədbir isə bu ilin 30 iyulunda baş tutub. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirib. İsmayıllı rayonunun Qaraqaya kəndində keçirilən tədbirdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1 milyon 66 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış “yaşıl market”də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. 2,25 ha ərazidə yerləşən ixtisaslaşdırılmış “yaşıl market” meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Ümumilikdə, indiyədək 2 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisinə 9,8 milyon manat güzəştli kredit verilib. Rayonda Velosiped Zavodunun inşası davam etdirilib. “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikinin istifadəyə verilməsindən sonra həmİsmayıllı rayonu, həm də qonşu rayonların toyuq ətinə tələbaatı tam təmin ediləcək. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması rayonda bu sahədə mövcud ehtiyatlardan maksimum səmərəli istifadəedilir, daha yüksək nəticələr üçün bütün qüvvələrin səfərbər edilib. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 200,0 min manat məbləğində güzəştli kreditlər verilib. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən sahibkarlıq təsərrüfatlarında 1100 baş inək və düyə süni mayalandırılıb və 700 baş sağlam bala alınıb ki, bu da rayonunun süd və ət məhsullarına təlamatının ödənilməsində mühüm rol oynayacaq.2015-ci ilin 6 ayı ərzində rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 51937 baş iri buynuzlu, 105176 baş xırdabuynuzlu, 2005 baş təkdırnaqlı heyvanlarda, 6245 baş vəhşi heyvanlarda (oral üsulla qida kimi) profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi 13631 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilmiş, nəticədə 2 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Bu heyvanlar sahibkarlıq təsərrüfatından kənarlaşdırılıb. 
Rayonda bitkiçilik sahəsində də uğurlar əldə olunub. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 5259 istehsalçıya 690787 manat yardım verilib. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 2 ton noxud toxumu ayrılıb. Bu toxumlar sayəsində sahibkarlar yüksək məhsul əldə ediblər. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 464 nəfər məhsul istehsalçısına 160,6 min manat dəyərində 317,7 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı kompleksinin yaradılması ilə əlaqədar tədbirlər görülüb. Topçu kəndində bir ədəd fermer mağazası açılıb. Rayonda tərəvəz, meyvə və üzüm bitkiləri əkinlərinin genişləndirilməsi bu məhsulların tədarükü, saxlanılması və satışı kompleksinin, soyuducu anbarların, məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurəti nəzərə alınaraq müvafiq təkliflər hazırlanıb və onların həyata keçirilməsi məqsədi ilə sahibkarların cəlb edilməsi istiqamətində işlərə başlanılıb. Bu layihələrin həyata keçirilməsi qış mövsümündə də əhalinin kənd təsərrüfatı məhsulları ilə təchizatındakı problemləri aradan qaldıracaq və sahibkarlara öz məhsullarını şormal qiymətlərə satmağa imkan verəcək. Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilib.
“Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik İsmayıllı rayon aqroservis filialı 106 ədəd, o cümlədən 26 ədəd taxılyığan kombayn, 26 ədəd traktor və 54 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilib. Bundan əlavə 365 ədəd, o cümlədən 11 ədəd taxılyığan kombayn, 116 ədəd traktor və 219 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.
İsmayıllı rayonunun İvanovka kəndində yerləşən İsmayıllı Kompleks Dövlət Sort-Sınaq Məntəqəsi üçün ofis binasının, anbar, xırman və qaraj tikintisi və kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulub. Məntəqəyə lizinq yolu ilə 1 ədəd traktor, 1 ədəd toxumtəmizləyən, 1 ədəd torpaq yumşaldıcısı və 1 ədəd toxumsəpən alınıb. Bütün bunlar sahibkarlara imkan verir ki, öz məhsullarını vaxtında və itkisiz yığsınlar.

 

Tarix
3 Sentyabr 2015 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin