Ana səhifə
16 Noyabr 2018

«İstəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər"

Siyavuş Novruzov: «Azərbaycan əleyhinə iş aparan Leyla Yunusun Nobel mükafatına namizədliyinin irəli sürülməsinin özü böyük cinayətdir.

 

 

"Bunlar Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürməklə istəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər". Bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Beynəlxalq qadın hüquq müdafiəçiləri koalisiyasının Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.

 

S.Novruzov qeyd edib ki, müxtəlif qurumlar, təşkilatlar vasitəsilə bu cür məsələləri qaldırırlar və bir daha dünyaya sübut olunur ki, bu cür təşkilatlar eyni mərkəzdən idarə olunur, erməni lobbisinin təhriki ilə həmin mərkəzlər obyektiv deyil, qeyri-qanuni, düzgün olmayan məsələlərə görə dünyanın aparıcı dövlətlərinin nüfuzuna xələl gətirirlər.

 

Nobel mükafatının cəmiyyət, dünya üçün faydalı iş görənlərə təqdim edildiyini qeyd edən millət vəkili bildirib ki, Azərbaycanda hər hansı bir erməni mənşəli, Azərbaycan əleyhinə iş aparan, ayrı-ayrı erməni kəşfiyyat orqanlarına Azərbaycanın hərbi sirlərini ötürmək istəyən şəxsə belə bir mükafatın verilməsi nəzərdə tutulursa belə, bu, özü böyük cinayətdir.

 

 

Samir

Tarix
27 Oktyabr 2014 [16:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin