Ana səhifə
19 Noyabr 2018

Gələn il kommunal xidmətlər bahalaşmayacaq

Oqtay Haqverdiyev: “Qiymət artımı heç bir iqtisadi əsası olmayan, əsaslandırılmayan bir qərar olar”

 

 

“Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə bağlı gələn il ölkədə kommunal xidmətlərin qiymətlərinin artırılması nəzərdə tutulmur”. Bu barədə “Üç nöqtə”yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib. O deyib: «Büdcə zərfi ilə yenicə tanış olmuşam. Rəqəmlər hər hansı artıma əsas vermir”.

 

İqtisadçı qeyd etdi ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi gələn il üçün müəyyən problemlər yarada bilər: “Ancaq bizdə bu problem ona görə yaranmamalıdır ki, valyuta ehtiyatlarımız var və bu ehtiyatdan istifadə etmək olar”.

 

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, növbəti artımları hər zaman gözləmək mümkündür: "Əsas məsələ odur ki, kommunal xərclər artmasın. Ancaq onların da artacağı barədə proqnozlar var. Ümumiyyətlə, bazar iqtisadiyyatı münasibətlərində qiymətlər daim artır. Buna denominasiya da təsir göstərir. Məsələn, keçən əsrin əvvəllərində artmaqda olan ABŞ dollarının dəyəri əsrin sonunda qəfildən kəskin aşağı düşdü. Bu da özü ilə bərabər gözlənilməyən qiymət artımları ilə nümayiş olundu. Yəni, göründüyü kimi pulun dəyərinin aşağı düşməsi qiymətlərin artımına gətirir”.

 

Ekspert vurğulayır ki, artım olsa, təbi ki, bu bahalaşma heç bir iqtisadi əsası olmayan, əsaslandırılmayan bir qərar olar: “Əlbəttə, neft hasilatı, və qiymətləri azalır, bu da neft satışından birbaşa asılı olan büdcə gəlirlərini azaldır. Gələn ilin büdcəsində bu illə müqayisədə büdcə gəlirləri müəyyən qədər azalacaq. Kommunal xidmətləri bahalaşdırmaqla neft itkilərini, qeyri-neft sektorunu canlandırmaq və çox şaxəli iqtisadiyyat qurmaq uğursuz variant olar. Bu çox ziyanlı yoldur, sonda belə qərarlar əhalidən çox hökumətin özünə problemlər yaradır. Adətən belə qərarlar cəmiyyətdə təbəqələşmə prosesini sürətləndirir. Sonda əhalinin alıcılıq qabiliyyətinin o qədər azalır ki, biznesin inkişafı imkanları azalır, qeyri-neft sektorunun vergi ödəmələri azalır. Qiymətləri artırmaq əvəzinə hökumət vəziyyətdən çıxmaq barədə daha strateji düşünsə yaxşıdır”.

 

 

Əfsun

Tarix
27 Oktyabr 2014 [19:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin