Ana səhifə
25 Sentyabr 2018

Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir. Bununla bağlı sentyabrın 1-də teatr kollektivi qarşısında çıxış edən sənət ocağının  direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ətraflı məlumat verdi. O, yeni mövsümdə hər kəsə yaradıcılıq uğurları, yeni tamaşaların sevincini arzuladı, qarşıdakı gərgin iş planını açıqladı. Bu ilin 15-20 noyabr tarixlərində Bakıda baş tutacaq “Cırtdan” III  Beynəlxalq Kukla Teatrları Festivalı barədə məlumat verən R. Əhmədzadə dünyanın məşhur kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyi festivalın təntənəli açılışı üçün hazırlıq işlərinə başlanıldığın bildirdi: “Dünyanın kukla teatrı mütəxəssislərinin diqqət mərkəzində olan bu teatr bayramının rəngarəng proqramı var və düşünürəm ki, öncəki iki festivalda olduğu kimi Azərbaycan tamaşaçıları bu tədbiri də əsl bayram ovqatında qarşılayacaqlar.  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq bu möhtəşəm tədbirə ev sahibliyi edən teatrımızın da qonaqlara özünəməxsus sürprizləri olacaq. rəngarən açılış proqramı ilə yanaşı sırf festival üçün nəzərdə tutulan tamaşamızı da teatrsevərlərə təqdim edəcəyik”. 
Mövsümə  18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur “O olmasın, bu olsun” tamaşası ilə (saat 14, 16, 18.00) start veriləcəyini deyən direktor ilin sonunadək təhvil veriləcək tamaşalar barədə də ətraflı məlumat verdi: “Bu ilin sonunadək iki tamaşanı təhvil verməyi düşünürük. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi “Qırmızıpapaq” və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı “Bədheybət və gözəl tamaşalarıdır”. 
Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda “Şair ayı” tamaşasını da iş planında olduğunu bildirən direktor hazırda həmin rejissorla danışıqlar aparıldığını dedi.

Tarix
2 Sentyabr 2015 [17:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin