Ana səhifə
21 Noyabr 2018

Ağsuda buğda səpininə görə sahibkarlara 540198 manat yardım verilib

Heyvandarlığın inkişafına dəstək məqsədilə 455,0 min manat məbləğində güzəştli kreditlər verilib

Azərbaycanda kənt təsərrüfatı və sənaye potensialının gücləndirilməsi, bu sahələrin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması əsas prioritetlərdəndir.  Artıq ənənəvi sənaye sahələrinin inkişafı ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması istiqamətində işlər aparılır. Ağsu rayonunda da bu istiqamətdə işlər görülür. Görülən işlər isə özünü rayonun iqtisadi göbstəricilərinə təsir göstərir. 2015-ci ilin birinci yarısında Ağsu rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 96 milyon 510 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz çoxdur. Artım kifayət qədər yüksəkdir. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf təmin edilib. Xüsusilə taxılçılıq sahəsində rekord nəticələr qazanılıb. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 3668 sahibkara 540198 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 235 nəfər məhsul istehsalçısına 130,0 min manat dəyərində 374,4 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Kənd Təsərrüfatı Nazirliyinin Ağsu rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilib.
Fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatı da yüksək səviyyədə olub. «Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Ağsu rayon aqroservis filialı 117 ədəd, o cümlədən 35 ədəd taxılyığan kombayn, 21 ədəd traktor, 1 ədəd ekskavator və 60 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchizedilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilib. Bundan əlavə 320 ədəd, o cümlədən 11 ədəd taxılyığan kombayn, 112 ədəd traktor və 192 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. Nəticədə yüksək məhsuldarlıq əldə olunub. Taxılçılıq sahəsində hər hektardan məhsuldarlıq 34,8 sentner olmaqla, zəmilərdən 116 min 786 ton taxıl biçilib. Ötən illə müqayisədə hər hektarın məhsuldarlığı 15,8 sentner artıb, 47 min 41 ton çox taxıl əldə edilib. 
Heyvandarlıq məhsulları da artıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən sahibkarlara 455,0 min manat məbləğində güzəştli kreditlər verilib.. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən sahibkarlıq təsərrüfatlarında 950 baş inək və düyə süni mayalandırılmış və 300 baş sağlam bala alınıb.
Təsərrüfatlarda heyvanlar arasında xəstəliyin qarşısını almaq üçün tədbirlər görülüb. Rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 40158 baş iri buynuzlu, 52220 baş xırdabuynuzlu, 1678 baş təkdırnaqlı heyvanlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 9953 baş iri buynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 98325 baş davarda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 13860 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə 3 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatdan çıxarılıb..
Ağsu rayonunda sahibkarlara iqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindəndə güzəştli kreditləçr verilib. Ötən il Ağsu rayonunun Çiyni kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. Bildirilib ki, ötən il 1361 sahibkara 60,5 milyon manat güzəştli kredit verilib. Bu da 3200-ə yaxın yeni iş yerlərinin açılmasına imkan yaradıb. Ümumilikdə isə indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1175 investisiya layihəsinin maliyyələşdirilməsinə 42 milyon manat güzəştli kredit verilib. Nəticədə 4600-dən çox yeni iş yeri açılıb. Qeyd edək ki, tədbir çərçivəsində Ağsu və ətraf rayonlardan olan 54 sahibkara 560 min manat güzəştli kredit verilib. Bu ilin mart ayında isə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Sahibkarlığa Kömək Milli Fondu martın 18-də Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlıq subyektlərindən 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və corab istehsalı müəssisələrinin, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarlar layihələri ilə fonda müraciət ediblər. Bu ilin iyun ayında isə qəbul edilmiş layihələrin maliyyələşdirilməsi həyata keçirilib. Tədbir iyul ayının 30-da isə İsmayıllı rayonunda keçirilib.  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Qaraqaya kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.  Forumda Ağsu sahibkarları da iştirak edib. Sahibkarlara kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun olan nümunəvi layihələr təqdim edilib, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.  Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1 milyon 66 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Bu kreditlərdən Ağsu rayonun sahibkarları da öz təsərrüfatlarını genişləndirmək  üçün istifadə ediblər.

Tarix
2 Sentyabr 2015 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin