Ana səhifə
20 Sentyabr 2018

Tamaşamız xarici mətbuatda - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ötən – 87-ci teatr mövsümündə hazırlanmış “Xortdanın cəhənnəm məktubları” tamaşası böyük əks-sədaya səbəb olub.

 

 

Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırladığı tamaşa yerli mətbuatla yanaşı, xarici mətbuatda da yetərincə səs sala bilib.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində kifayət qədər işıqlandırılan səhnə əsəri haqqında Kalmıkiyanın “Калмыцкая правда” qəzetində “Вечные истины в постановке Бориса Манджиева” başlıqlı yazı dərc olunub. 

Yazıda  iki ölkə teatrı arasında imzalanmış qarşılıqla yaradıcılıq müqaviləsi, müqaviləyə uyğun olaraq həyata keçirilən qastrol səfərləri, qarşılıqlı rejissor mübadiləsi, eləcə də tamaşanın müvəfəqiyyəti, aktyorların peşəkar ifaları haqqında geniş məlumat verilib.

Uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac və Fərmanın bir-birinə olan saf və təmənnasız məhəbbəti, valideynlərin bu hisslərə laqeyd münasibəti, var-dövləti daha üstün bilmələri, İblisin öz adına layiq hərəkətləri, cəhənnəmə gedən yolda baş verən hadisələr yazarın yozumunda öz maraqlı həllini tapıb.

Yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

http://halmgynn.ru/1928-vechnye-istiny-v-postanovke-borisa-mandzhieva.html

 

 

Xəyal

Tarix
1 Sentyabr 2015 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin