Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan iqtisadiyyatına 190 milyard dollar sərmayə qoyulub

Niyazi Səfərov: «Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollar səviyyəsindədir»

 

 

Azərbaycan gələcəkdə də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Bu barədə bazar ertəsi Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında ERRA sədri Alparslan Bayrakdar bildirib. Onun sözlərinə görə, məhz bu, hazırkı konfransın Azərbaycan paytaxtında keçirilməsinin səbəblərindən biridir. Bayrakdar konfransın Bakıda keçirilməsinin digər səbəbləri kimi Azərbaycanın ERRA-nın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, ölkənin Gürcüstan və Türkiyə ilə birlikdə regional əməkdaşlığın unikal nümunəsini sərgilədiyini göstərib.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov konfransda bildirib ki, müstəqillik illəri ərzində Azərbaycan iqtisadiyyatına 190 milyard dollardan artıq miqdarda sərmayə qoyulub, ölkənin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsindədir. Ölkənin xarici borclarının ÜDM-ə nisbəti 8 faiz təşkil edir. Onun sözlərinə görə, son 10 il ərzində ölkədəki enerji obyektlərinin gücü 2 min meqavata qədər artıb.

 

 

Samir

Tarix
27 Oktyabr 2014 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin