Ana səhifə
16 Noyabr 2018

Bakıda cibgirlərin “Baron”u həbs edildi

Onun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirliyə görə məhkum olunub

 

 

Nizami rayon Polis İdarəsinin əməkdaşları əvvəllər qəsdən adam öldürmə və oğurluq maddələri ilə dəfələrlə məhkum olunan 1971-ci il təvəllüdlü Əmirov Sahib Əsgər oğlunu cibgirlik etdiyinə görə həbs ediblər. APA TV-nin məlumatına görə, Sumqayıt şəhər sakini həyat yoldaşı ilə bərabər tutulub. Sentyabrda rəsmi nikaha girən Əmirovun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirlik cinayətlərinə görə dəfələrlə məhkum olunub. “Həyat yoldaşım da əvvəllər tutulub, cəzasını çəkib, çıxıb. Polislər bizi bir yerdə gördülər, yoldaşımı tanıdılar. Bir yerdə idik”.

Sahib Əmirov öz “həmkarı” ilə ailə qurmasının səbəbini belə izah edib: “Nə olsun ki, cibgirdir. Guya mən kiməm ki?”.

İstintaq araşdırması zamanı məlum olub ki , Sahib Əmirov 8 kilometr ərazisində cibgirlərin fəaliyyətinə nəzarət edənlərdən biri, kriminal aləmdə “cibgirlərin baronu” kimi tanınan şəxs olub. Saxlanılan zaman onun üstündən şəxsi istehlak miqdarından artıq heroin aşkarlanıb. Əmirovun sözlərinə görə, narkotik vasitələrdən ara-sıra istifadə edirmiş.

“Hərdən yeri gələndə istifadə etmişəm. Mən bu işin yolçusu deyiləm. Pul olanda iynə vururam”.

İdarənin istintaq şöbəsindən bildiriblər ki , oğurlanan əşyalar və narkotik vasitə Əmirovun üstündən çıxdığından həyat yoldaşı araşdırma bitənədək sərbəst buraxılacaq. Faktla bağlı oğurluq və narkotik vasitələri qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi başlanıb.

Tarix
27 Oktyabr 2014 [15:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin