Ana səhifə
19 Noyabr 2018

Şəhidimiz “İl”ində təltif olundu +FOTO

2013-cü ilin oktyabr ayının 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayevin il mərasimi keçirilib.
 

Ucnoqta.az MN-nin saytına istinadən xəbər verir ki, Oktyabrın 26-da keçirilən mərasimdə Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev qeyd edib ki, Vətəni Vətənin adına layiq səviyyədə sevmək hər kəsə nəsib olmur. Gizir A.Abdullayev belə bir sevgi ilə yaşadı, belə bir sevgi ilə xidmət etdi və belə bir sevgi ilə şəhid oldu. 
O, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edərək, bütün şəhidlərimizin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.
Şəhid atası Ə.Abdullayev nə qədər ağır olsa da oğlunun şəhid olmasından qürur hissi keçirdiyini, bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tarix
27 Oktyabr 2014 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin