Ana səhifə
21 Noyabr 2018

Şok: Bu ölkə xəritədən “silinə” bilər

Elm adamları Yaponiyada son vaxtlarda rekord artım müşaiyət olunan vulkan püskürmələri ilə bağlı araşdırmalar aparıb.

"Ucnoqta.az" xəbər verir ki, araşdırmanın nəticəsi olaraq alimlərin ortaya atdığı bir ssenari yapon xalqının təşvişinə səbəb olub. Kyuşu adasında nəhəng bir kraterdə araşdırma aparan alimlər burada böyük bir partlayışın təxminən 7 milyon insanın lava altında qalmasına səbəb olacağını ehtimal edib.  Vulkan püskürməsindən yaranan zəhərli dumanın isə bütün ölkəni cənginə alaraq 127 milyon əhalidən 120 milyonun həlak olmasına səbəb olacağını söyləyiblər. Alimlərin bu iddiasına uyğun olaraq yaxın 100 il ərzində bu faciənin gerçəkləşəcəyini və Yaponiyanın xəritədən silinəcəyini söyləmək olar. Lakin bunun baş vermə ehtimalının cəmi 1 faiz olduğunu söyləyən alimlər “1995-ci ildə 6500 nəfərin həlak olduğu Kobedəki zəlzələ ehtimalı da 1 faiz idi. Amma gerçəkləşdi” deyə söyləyiblər.

 

Samir Mehralıyev

Tarix
27 Oktyabr 2014 [15:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin