Ana səhifə
20 Noyabr 2018

Əhalinin "Azəriqaz"la maliyyə problemi yoxdur

İlham Şaban: “Əhali ödədiyi vəsaitin müqabilində fasiləsiz, stabil və normativlərə uyğun təzyiqdə təbii qaz almalıdır”

 

 

Paytaxtda qazla bağlı problem həmişə diqqət mərkəzində olub.  Xüsusilə havalar soyuyanda qaz təchizatında problemlər ortaya çıxır. Məsələn, ötən həftənin şənbə-bazar günü havaların soyuması ilə əlaqədar analoji vəziyyət yarandı. Bu onu göstərir ki, qarşıdan gələn şaxtalı qış günlərində problemlərlə qarşılaşacağıq. Belə günlərdə ümid elektrik enerjisinə qalır. Elektrik enerjisindən istifadə etdikdə isə sayğaclar kifayət qədər böyük məbləğdə pul yazır. Bu pulu ödəmək isə hər vətəndaşın imkanı daxilində deyil. Digər tərəfdən elektrik enerjisindən istifadə naqillərin həddindən artıq yüklənməsinə və sonunda Yeni Yasamaldakı hündürmərtəbəli binadakı yanğın kimi fəlakətə səbəb olur. “Azəriqaz”a olan müraciətlər isə həllini tapmır. Cəmiyyət rəsmiləri bir çox hallarda şikayətçilərin dediklərini təkzib edərək nəinki paytaxtın mərkəzlərində, hətta uzaq qəsəbələrində qaz probleminin olmadığını iddia edirlər. Onların sözlərinə görə, yaranmış qaz problemi müvəqqəti xarakter daşıyır. Rəsmilərin dili ilə desək, guya qaz o vaxt olmur ki, ya qəza baş verir, ya da qaz xəttində xırda sızmalar baş verir.  «Bu zaman qazın təzyiqi aşağı salınır. Bu da sakinlərin narazılığına səbəb olub. Bunları nəzərə almasaq, Bakı qəsəbələrində qazla bağlı problem yoxdur. Əgər problem olsa, dərhal həll ediləcək»

 

Rəsmilər onu da iddia edirlər ki, bəzən abonentlər problemi şişirdirlər. Beləki qazın olmamasından şikayət edirlər, gedib yerində araşdırarkən, məlum olur ki, qazı gəlir.

 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın şərhinə görə, fakt budur ki, insanlar temperaturun aşağı düşməsi ilə əlaqədar ən azı qazın təzyiqinin də aşağı düşdüyünü söyləyirlər: “Elə təəssürat yaranır ki, Rusiya Ukraynanın qazının deyil Azərbaycanın qazını kəsib... “Azəriqaz”ın cavabı da əvvəlcədən məlumdur, Birincisi bizdə elə şey ola bilməz - qaz anbarlarda kifayət qədərdir. Müştəri tapa bilmirik ki, mavi yanacaq sataq. İkincisi hələ noyabrın 15-i gəlməyib ki, qazın təzyiqini qaldırıb qış rejiminə keçək, bunun üçün Nazirlər Kabinetinin müvafiq göstərişi olmalıdır”.

Müsahibimizin sözlərinə görə, aidiyyəti qurumları tamam maraqlandırmır ki, ölkədəki abonentlərin 60 faizi qaz pulunu qazı istifadə etməmiş ödəyir, yəni kartla və buna görə aylıq yığım çox rayonda 100 faizdən artıq olur.

 

 İ.Şaban vurğulayır ki, SOCAR-in rəsmilərinin açıqlamasına istinad etsək qaz itkisi 2009-cu illə müqayisədə (Azəriqaz SOCAR-a birləşdirilənədək) 20 faizdən 10-ə qədər azalıb: “İkincisi, Azərbaycanda əhali qrupunun qaz istehlakında payı çox deyil. Bu, daxili bazarın ümumi istehlakında 25-27 faiz təşkil edir. Ən böyük pay isə (62-65 faizə qədər) "Azərenerji"nin payına düşür. Sonuncu isə qaz pulunu vaxtlı-vaxtında ödəmir və SOCAR-a cari ilin İ yarım illində 286 milyon manat borcu yaranıb. Sonrakı borclar haqda məlumat verilməsə də, istənilən halda bu onu deməyə əsas verir ki, əhali kateqoriyası ilə "Azəriqaz" arasında qazın alqı-satqısına görə elə bir  maliyyə  problemi yoxdur. Belə olan tərzdə təbii ki, əhali ödədiyi vəsaitin müqabilində fasiləsiz, stabil və normativlərə uyğun təzyiqdə təbii qaz almalıdır”.

 

 

Əfsun

Tarix
27 Oktyabr 2014 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin