Ana səhifə
21 Noyabr 2018

Salyanda buğda istehsalçılarına 123016 manat yardım verilib

Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 5 toxumçuluq təsərrüfatı yaradılıb

 

 

Ölkəmizin tərəqqisi hər bir rayonun inkişafından asılıdır. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın bölgələrinin inkişafı xeyli sürətlənib. Dövlət başçısının sərəncam və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni istifadəyə verilən müəssisələr, müxtəliif təyinatlı obyektlər rayonların simasını dəyişdirir, əhalinin işlə təminatını yaxşılaşdırır, onun rifah halının yaxşılaşmasına xidmət edir. Bununla yanaşı rayonlarda sahibkarların maarifləndirilməsi, onlara göstərilən dəstək hər il daha da artır. İnfrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin təşkil edilməsi, aqroparkların tikintisi prosesinin davam etdirilməsi bu prosesin davalı olduğunu göstərir. Bunu Salyan rayonun simasında da aydın görmək olar.

Salyan RİH başçısı Tahir Kərimov bildirib ki, respublikamızın qazandığı uğurlarda Salyan rayonunun da payının olması qürurverici haldır. 2015-ci ilin birinci yarısında rayonun ayrı-ayrı sahələrində nailiyyətlər qazanılıb, qarşıya qoyulan vəzifələr layiqincə icra olunub. Belə ki, 2015-ci ilin birinci yarısında məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 11 milyon 940 min manat, yəni 12,5 faiz artaraq 107 milyon 283 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 8 milyon 416 min manat, yəni 18,6 faiz artaraq 53 milyon 558 min manat, rabitə işlərinin həcmi 11 min manat, yəni 4,2 faiz artaraq 278 min manat, nəqliyyat işlərinin həcmi 5 min manat, yəni 0,6 faiz artaraq 894 min manat, pərakəndə ticarət dövriyyəsi 13 milyon 839 min manat, yəni 18,9 faiz artaraq 87 milyon 173 min manat, əsas kapitala yödnəldilən investisiya 888 min manat, yəni 8,8 faiz artaraq 10 milyon 963 min manat olub. Sənaye məhsulunun ümumi həcmi 18 milyon 528 min manat, əhaliyə göstərilən pullu xidmət 23 milyon954 min manat təşkil edib. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 809 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 282 manatdır.

2015-ci ilin birinci yarısında rayonun yerli büdcəsinin gəlirləri 3 milyon 860 min manat, büdcənin xərcləri 10 milyon 541 min manat icra edilib. Rayonun büdcə təşkilatlarında çalışan işçilərin əmək haqları, pensiya və müavinətlər vaxtında və tam ödənilib.

 

Hazırda rayon ərazisində fəaliyyət göstərən “NNEM Fermer təsərrüfatı” MMC tərəfindən illik istehsal gücü 100 min dekalitr olan şərab zavodu tikilməkdədir. Rayonda sahibkarlara lizinq yolu ilə 508 baş damazlıq heyvan satılıb. Rayonda heyvandarlığın inkişafını sürətləndirmək üçün sahibkarların iştirakı ilə müşavirələr təşkil olunur. 2015-ci ilin aprel ayının 15-də Salyan rayonunda heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə  zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın və arıçılıq məhsullarının müayinə edilməsi, yem istehsalının təşkili, yemlərin yedizdirilmək üçün hazırlanması, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirələri keçirilib. Müşavirəsində fermerlər, süni mayalama mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak ediblər. Zona müşavirələrində 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verilib.  Zona müşavirələrində Elmi-Tədqiqat Heyvandarlıq, Elmi-Tədqiqat Baytarlıq, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorları heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatlarla çıxış etdilər. Müşavirədə fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparılıb.  Zona müşavirəsinin sonunda  müasir  heyvandarlıq komplekslərində qabaqcıl təcrübə ilə tanış olunub. Bildirək ki, bu kimi müşavirələr sahibkarların heyvandarlıq sahəsində daha çox məlumatlar almasına imkan verir. Bunun nəticəsidir ki, rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən sahibkarlıq təsərrüfatlarında 1100 baş inək və düyə süni mayalandırılıb və 600 baş sağlam bala alınıb. Rayonda quşçuluq sahəsi də inkişaf etdirilir. Qaraqaşlı broyler ASC-nin Salyan rayonu ərazisində yerləşən illik istehsal gücü bir milyon yumurta tutumu olan inqubator sexində yenidənqurma işləri aparılıb. Cari ilin 6 ayı ərzində inqubasiyaya 3,2 mln. ədəd yumurta qoyulub və 1,9 mln. baş sutkalıq cücə alınıb.

Salyan rayonunda 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 893 istehsalçıya 123016 manat yardım verilib. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 5 toxumçuluq təsərrüfatı yaradılmış və hal-hazırda toxumçuluq fəaliyyəti ilə məşğul olurlar.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Praqramı”nın hədəflərinə nail olmaq üçün göstərilən dövlət dəstəyi ilə yanaşı, Salyan rayonunda üzüm sortlarının yaxşılaşdırılması, üzüm genefondunun və müxtəlifliyinin qorunub saxlanması, üzüm təminatının gücləndirilməsi məqsədi ilə rayonda 1250 ha üzüm bağı salınıb, onun 1100 hektarı bar verəndir. Üzümçülüyü inkişaf etdirmək üçün 2015-ci ilin yazında 150 ha sahədə yeni üzüm bağlarının salınması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyinin Salyan rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilir.

“Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Salyan rayon aqroservis filialı 40 ədəd, o cümlədən 17 ədəd taxılyığan kombayn, 7 ədəd traktor və 16 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 421 ədəd, o cümlədən 15 ədəd taxılyığan kombayn, 139 ədəd traktor, 1 ədəd ekskavator və 210 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.

Yüksək məhsul əldə etmək üçün suvarma sistemi günün tələbləri səviyyəsinə gətirilib. Kür çayının Salyan rayonundan keçməsinə baxmayaraq, əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Salyan rayon rəhbərliyini qayğılandırıb. Yeni suvarma kanalı tikilib. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Tahir Yusifovun rəhbərlik  etdiyi Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda təxminən 45 min hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Salyan rayonu üzrə Dövlət Texniki Nəzarət Müfəttişliyində nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsi üçün ilkin məlumatlar bazaya yerləşdirilib. Salyan rayonunun Kür-Qaraqaşlı kəndində yerləşən Salyan Kompleks Dövlət Sort-Sınaq məntəqəsi üçün bina tikintisi və maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur. Məntəqəyə lizinq yolu ilə 1 ədəd kiçik qabaritli kombayn (seleksiya kombayn), 1 ədəd ağır diskli mala və 1 ədəd gübrəsəpən alınıb. Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 1059 manat dəyərində inventar və avadanlıq alınaraq rayon baytarlıq idarəsinə verilib. Görülən işlər gələcəkdə daha böyük uğurların əldə edilməsi üçün təməl rolunu oynayır.

 

Tarix
28 Avqust 2015 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin