Ana səhifə
21 Noyabr 2018

Sahibkarlara dövlətin dəstəyi hər zaman güclü olub

Sahibkarlıq subyektlərinin daha əlverişli fəaliyyəti üçün davamlı işlər həyata keçirilib

 

 

Sahibkarlara dövlətin dəstəyi hər zaman güclü olub, onların geniş və azad fəaliyyəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda, sahibkarlıq subyektlərinin daha əlverişli fəaliyyəti və cəmiyyətin aparıcı qüvvəsi kimi mövqeyinin möhkəmlənməsi üçün davamlı işlər həyata keçirilib. Dövlətin yaratdığı bu imkanlardan istifadə edən ölkə sahibkarları bunun müqabilində milli iqtisadi inkişafın sürətlənməsi üçün səylərini ortaya qoyaraq ən iri layihələrin reallaşmasına nail olurlar. Nəticədə dövlət-sahibkar qarşılıqlı münasibətlərinin dərinləşməsi Azərbaycanın yüksəlişinə güclü zəmin yaradır. Dövlət ölkədə davam edən nəhəng sosial infrastruktur quruculuğunda sahibkarların da iştirakını zəruri saymaqla, sosial sektorla bağlı investisiya layihələrinə milli sahibkarlığın da qoşularaq təşəbbüskarlığını artırmasını vacib hesab edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm: “Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər”.

Eyni zamanda, Milli Məclisin deputatı, YAP Sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ölkəmizdə geniş vüsət alan sosial infrastruktur layihələrində iştirak edən özəl şirkətlərin, milli sahibkarların daha aktiv qoşulmasını tövsiyə edir: “Hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar dairələr sosial layihələrdə iştirak etməlidir”.

Bu gün ölkədə sahibkarlığın inkişafı iqtisadiyyatın bütün bölmələrində yerli istehsalın artması fonunda açıq şəkildə özünü göstərir. Sahibkarlıq subyektləri hər il sərmayə qoyuluşlarını artırırlar. Bu tendensiya açıq şəkildə təsdiq edir ki, ölkə iqtisadiyyatında azad rəqabət mühiti mövcuddur və sahibkarlar üçün əlverişli şəraitin yaradılması onların geniş şəkildə fəaliyyətini stimullaşdırır. Sahibkarlıq təsərrüfatlarına verilən güzəştli kreditlər də onlara təsərrüfatlarını genişləndirməyə imkan verir. Bu, rayonlarda özünü daha qabarıq göstərir. Ötən il Saatlı və ətraf rayonlardan olan 58 sahibkara 627,5 min manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, tərəvəzçilik, üzümçülük sahələrinin inkişafına yönəldilib. Güzəştli kreditlərin verilməsi bu ildə davam edib. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən Saatlı sahibkarlarına 540,0 min manat məbləğində güzəştli kreditlər verilib. Kənd təsərrüfatı rayonu olan Saatlıda 2015-ci ilin birinci yarısında ümumi dəyəri 59,8 milyon manat olan məhsul istehsal edilib. İstehsal olunmuş kənd təsərrüfatı mallarının 99,9 faizi qeyri-dövlət sektorunun hesabına düşür. Bu da istehsal olunmuş heyvandarlıq məhsullarının hesabına əldə edilib. Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı üçün verdiyi sərəncamlar bu sahənin dinamikliyini xeyli artırıb. 2015-ci ilin 6 ayında rayonda sahibkarlıq təsərrüfatlarında diri çəkidə 3563 ton ət, 21016 ton süd, 5629 min ədəd yumurta istehsal edilib. İndi rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 67634 başdır. Xırdabuynuzluların sayı isə 112927 başa çatdırılıb. Rayonda sahibkarlıq təsərrüfatlarında süni mayalama mütəxəssisləri tərəfindən 1100 baş inək və düyə süni mayalandırılıb və 600 baş sağlam bala alınıb. Rayonun Varxan kəndində yeni inkubator sexi fəaliyyətə başlayıb. Saatlı rayonu üzrə Dövlət Texniki Nəzarət Müfəttişliyində nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsi üçün ilkin məlumatlar bazaya yerləşdirilib. Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 2519 manat dəyərində inventar və avadanlıq alınaraq rayon baytarlıq idarəsinə verilib.

Saatlı rayonunda taxıl istehsalında da yüksək nəticələr əldə olunub. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 4830 istehsalçıya 590149 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 2266 nəfər sahibkara 1332,06 min manat dəyərində 4219,5 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 7 özəl toxumçuluq təsərrüfatlarına güzəştli şərtlərlə 500 kq qarğıdalı, 300 kq yonca, 20 ton pambıq toxumu ayrılıb. Bunların nəticəsimdir ki, Saatlı rayonunda yüksək məhsul istehsalı qeydə alınıb. 15259 hektar buğda əkin sahəsindən 63836 ton buğda yığılıb. Bu da hər hektardan 41.8 sentner məhsuldarlıq deməkdir. Arpa sahəsinin hər hektarından 31.9 sentner olmaqla 12884 ton arpa məhsulu yığılıb. Bu nəticələr orta göstəricidən yüksəkdir və respublika üzrə ən yüksək göstəricilərdən biridir.

Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Saatlı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisində son tamamlama işləri aparılır.

Torpaqların su təchizatının yaxşılaşdırılması üçün meliorasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2015-ci ilin 6 ayında kollektor-drenaj şəbəkəsində 158 kilometr məsafədə 415 min kub metr lildən təmizləmə işləri aparılıb. 82 ədəd hidrotexniki qurğu, 5 ədəd istehsalat binası, 15 ədəd hidropost, 5 nasos stansiyası cari təmir edilib ki, bu da suvarma dövründə sahibkarların ciddi problemlərə qarşılaşmasının qarşısını alıb və yüksək məhsuldarlığın təməlini qoyub.

Sahibkarların yüüksək məhsul əldə etməsinin digər səbəbi isə təsərrüfatların vaxtında texnika ilə təmin edilməsidir. “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Saatlı rayon aqroservis filialı 54 ədəd, o cümlədən 22 ədəd taxılyığan kombayn, 10 ədəd traktor və 22 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilib. Bundan əlavə 622 ədəd, o cümlədən 25 ədəd taxılyığan kombayn, 190 ədəd traktor, 1 ədəd ekskavator və 391 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. 2015-ci ilin 6 ayı ərzində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinə 840 kq/l pestisid ayrılıb. Görülən işlər isə rayonun iqtisadiyyatın müxtəlif sahələrində yüksək nəticələr əldə etməsinə səbəb olub.

 

Tarix
26 Avqust 2015 [17:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin