Ana səhifə
20 Noyabr 2018

"Ukraynanın ən yaxşı hakimiyyətini qura biləcəyimizə ümid edirəm" - Poroşenko

Bazar günü keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Petr Poroşenko parlament koalisiyasının təşkil olunması ilə əlaqədar məsləhətləşməyə başlamağı planlaşdırdığını bildirib.

 

Ucnoqta.az Euronews-a istinadla xəbər verir ki, P.Poroşenko seçkilərin demokratik, avropayönümlü, milli qüvvələrin inamlı qələbəsini nümayiş etdirdiyini və bu qələbənin onlara inkişaf və islahatların keçirilməsinin təmin olunmasına geniş şərait yaratdığını qeyd edib.
Çıxışının sonunda P.Poroşenko rus dilində deyib: “Bizim koalisiyanı formalaşdırmaq üçün 10 gün vaxtımız var və Ukraynanın ən yaxşı hakimiyyətini qura biləcəyimizə ümid edirəm. Ona görə ki, başqa heç bir hakimiyyət bu gün ölkənin qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilməz”.
“Xalq cəbhəsi” partiyasına başçılıq edən Arseni Yasenyuk öz növbəsində yaxın zamanlarda prezident bloku ilə birgə parlament koalisiyasını quracağını, bunun üçün Ukrayna və Avropa İttifaqı arasında assosiasiyanın olmasının vacibliyini bildirib.
A.Yasenyuk Nazirlər Kabinetinin yeni heyətinə islahatlar keçirməyə qadir və Ukraynaya lazımi dəyişiklikləri gətirə biləcək peşəkarların daxil olacağına ümid bəslədiyini qeyd edib.

Tarix
27 Oktyabr 2014 [20:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin