Ana səhifə
24 Sentyabr 2018

"Kommunal xərclərin artırılması nəzərdə tutulmur" - Vahid Əhmədov

“Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə bağlı gələn il ölkədə kommunal xidmətlərin qiymətlərinin artırılması nəzərdə tutulmur”.


 

Ucnoqta.az xəbər verir ki, bunu apa -ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Vahid Əhmədov bildirib.

O qeyd edib ki, büdcə zərfi ilə tanış olub və rəqəmlərdə bununla bağlı heç nə görünmür: “Amma indi dünya bazarında neftin qiymətinin aşağı düşməsi gələn il üçün müəyyən problemlər yarada bilər. Lakin bizdə bu problem yaranmamalıdır, çünki Azərbaycanda ehtiyat var və bu ehtiyatdan istifadə etmək olar. Gedən analizlər də onu göstərir ki, Azərbaycanda kommunal xərclərin artırılmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsi artıq Milli Məclisə daxil olub və noyabrın 4-dən etibarən müzakirəyə çıxarılacaq.

 

Tarix
27 Oktyabr 2014 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin