Ana səhifə
25 Sentyabr 2018

Neftçalada 15 özəl toxumçuluq təsərrüfatı yaradılıb

Fermerlərə 1725,85 min manat dəyərində 3398,1 ton güzəştli şərtlərlə mineral gübrə satılıb

 

 

 Azərbaycanın iqtisadi potensialı güclü olan rayonlardan biri də Neftçala rayonudur. Bu rayonda sahibkarlıq təsərrüfatının inkişaf etdirilməsi həmişə diqqət mərkəzində olub.Nəticədə hər il rayonun iqtisadi göstəriciləri müsbət istğiqamətdə  dəyişir. Bunu bu ilin birinci yarısının göstəricilərindən də aydın görmək olar. 2015-ci ilin birinci yarısında rayonda ümumi məhsul istehsalının həcmi 2014-cü ilin müvafiq dövrünə  nisbətən 4,5 faiz artıb. Ümumi məhsul istehsalı 119,6 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 5,2  milyon manat çoxdur. 2015-ci ilin birinci yarısında ümumi məhsulun tərkibində sənaye məhsulu 11 milyon 263,4 min manat və ya ümumi məhsulun  9,4 faizi qədər, kənd təsərrüfatı məhsulu 66 milyon 644,7 min manat və ya 55,7 faiz, nəqliyyat xidməti 907,6 min manat  və ya 0,7 faiz, rabitə xidməti 321,3 min manat  və ya 0,3 faiz, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 35 milyon 964,9 min manat və ya 30,2 faiz, tikinti işlərinin həcmi 4 milyon 481,3 min manat və ya  3,7 faiz olub. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2014-cü ilin birinci yarısına  nisbətən 12,1 faiz artaraq 90,8 faizə çatıb. Bu da onu göstərir ki, rayonda sahibkarlıq təsərrüfatları aparıcı sahədir. Adambaşına 1415,0 manatlıq və ya 2014-cü ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çox məhsul istehsal edilib. Rayonda 6 yeni müəssisə yaradılıb, 1 müəssisənin fəaliyyəti bərpa olunub, 294 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni yaradılmış müəssisələrin hesabına 50, fəaliyyəti bərpa olunmuş müəssisə hesabına 36, fiziki şəxslər üzrə 294, mövcud müəssisə və təşkilatlarda 13 yeni iş yeri olmaqla, cəmi 393 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunub. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 28 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1415 nəfər cəlb olunub. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.Hesabat dövründə rayonda fəaliyyət göstərən 13 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 11 milyon 263,4 min manatlıq sənaye məhsulu istehsal olunub, iş və xidmətlər yerinə yetirilib.. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 82,3 faiz təşkil edib. 2015-ci ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən sahibkarlarınişi nəzərə alınmaqla 318,0 min ton yük,  3 milyon 801,0 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 5,3 faiz, sərnişin daşınması isə 6,2  faiz artıb. Rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 321,3 min manatlıq rabitə xidməti göstəriib.  Göstərilən rabitə xidmətlərinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artıb. Ümumi xidmətin 97,9 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 66 ədəd telefon aparatı düşür.Cari ilin birinci yarısında əhalinin nominal pul gəlirləri 27 milyon 418,0 min manat olub. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artıb. Adambaşına düşən pul gəlirləri 4,6 faiz artaraq  325,6  manat olub. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı  252,4 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 82,5 milyon manatlıq istehlak malları satılıb, pullu xidmətlərin həcmi 9,1  faiz çoxalaraq 11,0 milyon manata, iaşə xidmətlərinin həcmi 7,1 faiz artaraq 1,5 milyon manata çatıb. Rayonun yerli gəlirləri 5 milyon 382,0 min manat, xərcləri isə 16 milyon 423,0 min manat təsdiq olunub. 2015-ci ilin birinci yarısında büdcəyə 2 milyon 470,4 min manata qarşı 2 milyon 481,4 min manat  vəsait daxil olub və ya 100,4 faiz icra olunub, yerli xərclər 7 milyon 853,3 min manata qarşı 6 milyon 666,1 min manat və ya 84,9 faiz icra olunub.

Hazırda Neftçala Sənaye Məhəlləsii yaradılır ki, bu da rayonda sahibkarlığın inkişafına böyük təkan verəcək. Sənaye müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparılır. Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf bildirib ki, bunlar yerli şirkətlərdir, lakin əcnəbi şirkətlərin iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur. «AİŞ bu prosesə kiçik və orta sahibkarların cəlb edilməsi üçün aktiv iş aparır”,- o deyib. R.Nəcəfin sözlərinə görə, sahibkarlara icarəyə veriləcək infrastrukturun və istehsalat sahələrinin tikintisinə tezliklə başlanacaq: “Biz artıq sənaye zonasının yaradılması üçün ərazini müəyyən etmişik. Müəssisə 10 hektar ərazidə tikiləcək. 2015-ci ilin sonuna kimi işlərin birinci mərhələsini başa çatdırmaq və ilk müəssisəni sahibkarlara icarəyə verməyi planlaşdırırıq”. R.Nəcəf qeyd edib ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Bu siyasətin uğurlu icrası nəticəsində ölkəmizdə müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib, minlərlə yeni iş yaradılır. Hazırda regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə diqqət yönəldilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamına görə, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 82,3 faiz təşkil edib.

Neftçala rayonun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı sahədir. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına (sahibkarlara) dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 982 istehsalçıya 159609 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 1970 nəfər sahibkara 1725,85 min manat dəyərində 3398,1 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 15 özəl toxumçuluq təsərrüfatı yaradılıb və hal-hazırda toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Rayon ərazisində qış otlaq sahələrinin hesabına iri taxılçılıq təsərrüfatlarının yaradılmasından ötrü ilkin mərhələdə 5620 ha torpaq sahəsi ayrılıb. İri özəl taxılçılıq təsərrüfatlarının yaradılması layihəsi çərçivəsində rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində zəruri işlər davam etdirilir Kənd Təsərrüfatı Nazirliyinin Neftçala rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilir.  Bu il Neftçalada 43 min 756 hektar sahədə taxıl əkilib. Bunun da 39 min 136 hektarı arpa, 4 min 620 hektarı isə buğdadır. Dövlətin taxılçılara göstərdiyi dəstəkdən yararlanan fermerlər qısa müddətdə biçin kampaniyasını uğurla başa çatdırıblar. Ümumilikdə, bu il neftçalalı fermerlər taxıl sahələrindən 111 min 25 ton məhsul əldə ediblər ki, bu da ötən ildəkindən 25 min 237 ton çoxdur. Bu məqsədlə 120 kombayn, 60 presbağlayan, məhsulun daşınması üçün 120 maşın və mexanizm səfərbər olunub.Rayonda heyvandarlığın inkişafı da prioritet sahə sayılır.

Tarix
24 Avqust 2015 [19:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin