Ana səhifə
21 Sentyabr 2018

Azneftdə «BMW» yuvarlandı – FOTO

Maşın əvvəlcə ağaca çırpılıb, sonra isə dairədə bir neçə dəfə aşıb

 

Dünən gecə Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, prospektlə Azneft dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan «BMW» markalı avtomobil yolun əks hərəkət istiqamətinə çıxaraq əvvəlcə Dənizkənarı Milli Parkın yaxınlığında ağaca çırpılıb, daha sonra isə Azneft dairəsində bir neçə dəfə aşıb. Aşmış maşını düzəldən hadisə şahidləri yaralı sürücü, 21 yaşlı Hüseyn İmanovu avtomobildən çıxarıblar. Sürücü təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Ərazidə yanğın təhlükəsi yarandığından hadisə yerinə FHN-in Döblət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası da cəlb edilib.

 

Tarix
27 Oktyabr 2014 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin