Ana səhifə
23 Sentyabr 2018

Aybəniz Haşımova Türkiyədə...

Əməkdar artist Aybəniz Haşımova sənətindəki yeniliklərdən danışdı. Əməkdar artist “Üç nöqtə” yə bildirdi ki, Türkiyədə sənətimizlə bağlı planları var: “İnşallah alınarsa Türkiyəyə tez-tez getməli olacağıq. Orada gözəl işlərimiz var. Allah qoysa sizə çox gözəl xəbərlər verəcəm. Düşünürəm ki, vətənimizin musiqisi üçün müqəddəs bir addımdı. Bunun üçün Məlahət xanıma təşəkkür edirəm. İdeyanı o irəli sürüb. Həll edəndən sonra Allahın izni ilə sizə bildirəcəm. İşin proqramını hazırlayıram. Şövkət xanımla bağlıdır. İki sənətkarımızın da adı türk dünyasında hallanacaq. Böyük sevinclə təsdiqini gözləyirəm. Dünyanın hansı ölkəsində oluramsa olum, əsas məqsədim odur ki, musiqimiz üçün əlimdən gələni edim”.

 

Türkiyədə magistraturada oxuyan qızı Aynişandan da danışan əməkdar artist darıxmamaq üçün tez-tez Türkiyəyə getdiyini vurğuladı: “Bir-iki günlük gəlmişəm.  Oktyabrın 28-də yenidən qayıdacam. Ona görə də darıxmaq məsələsi yoxdu. Qızım Məlahət xanım gildə qalır. Məlahət xanım uşaqlıqdan-12 yaşımdan rəfiqəmdi.  Sənət bizi bir-birimizə tanış edib. Sənətdə də, həyatda da bərabər olduq. O mənim bacımdır. Mən hesab edirəm ki, Aynişan xalasının evində qalır. Kirayə ev götürməyə Məlahət xanım icazə vermədi. Əslində əziyyət verməmək üçün kirayə ev götürmək istəyirdim”.

Tarix
27 Oktyabr 2014 [11:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin