Ana səhifə
21 Sentyabr 2018

Mövqelərin yaxınlaşacağına ümid edirəm - Uorlik

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.


 

Ucnoqta.az xəbər verir ki, apa-nın məlumatına görə, bu barədə o “Tvitter” mikrobloqunda bildirib. C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.

“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, - deyə diplomat yazıb.

Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur.

 

Tarix
27 Oktyabr 2014 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin